2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Calutluların bağça problemi həll edilmir: zəlzələdən, yoxsa vəlvəldən?

“İcra Hakimiyyəti və deputat problemə biganə yanaşır”

Oğuzun Calut kəndi rayon mərkəzinə 4 km-lik məsafədə yerləşir, yəni rayona ən yaxın kəndlərdən sayılır. Amma kəndin yol, su, qaz problemləri tam həllini tapmayıb. 

Bununla yanaşı, kəndin bağça problemi də sakinləri ciddi narahat edir. 

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlər “Arqument.az”a bildiriblər ki, 2017-ci ilin noyabrında baş verən zəlzələ nəticəsində bağça binasının arxası uçub. Bu da baxçanın fəaliyyət göstərməsinə ciddi problem yaradıb.

“Qarşıdan qış aylarının gəlişi vəziyyəti daha da çətinləşdirib. Bağça rəhbəri və heyəti lazımi qurumlara müraciət də edib, aidiyyatı şəxsləri məlumatlandırıb. Təəssüf ki, bağça hələ də eyni vəziyyətdədir”, – calutlular belə deyirlər. 

“Dedilər ki, sizə yeni bağça tikiləcək…”

Sakinlər deyirlər ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət edilsə də, hər hansı bir əməli addım atılmayıb: “Oğuz Rayon İcra Hakimiyyəti, bələdiyyə, hətta nazirliyin nümayəndələri bir neçə dəfə əraziyə baxış keçiriblər. Onlar kəndi yeni bağça ilə təmin ediləcəklərini desələr də, nəticə yoxdur”. 

“Prezident Adminstrasiyasına müraciət də nəticəsiz qaldı”

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti və bələdiyyənin məsləhəti ilə məsələnin həll edilməsi üçün Prezident Adminstrasiyasına yazılı müraciət edilib: “Bağça rəhbərliyi də Prezident Adminstrasiyasına yazılı müraciət edib. Digər qurumlardan olduğu kimi buradan da hələ ki müsbət reaksiya gəlməyib”. 

“Deputatdan da kömək istənildi…”

Calutlular deyirlər ki, problemlə bağlı rayonun deputatı Aqiyə Naxçıvanlıya da müracit ediblər, amma hələ ki nəticə yoxdur: “Oğuzlularla görüş zamanı Aqiyə Naxçıvanlıya birbaşa həm kənd sakinləri, həm də bağça rəhbəri özü müraciət edib. Mövcud vəziyyəti izah ediblər. Aqiyə Naxçıvanlı lazımı tədbirlər görüləcəyi ilə bağlı söz verib, amma nəticə yoxdur”.

Arqument.az-ın əməkdaşı dəfələrlə Aqiyə Naxçıvanlı və onun köməkçisi ilə əlaqə saxlamağa çalışa da, şikayətə münasibət öyrənə  bilməyib. 

“Kirayə tutduğumuz evin haqqını ödəməyə gücümüz çatmadı”

Sakinlər qeyd edirlər ki, bağça rəhbəri əlacsızlıqdan yaxınlıqdakı 4 otaqlı mənzili müvəqqəti istifadə etmək üçün kirayə götürüb, amma bir müddət sonra kirayəhaqqını ödəyə bilməyib: “Təəssüf ki, orada fəaliyyət göstərən 13 işçi heyətin və 35 uşağın bu evdə tam rahat yerləşməsi, fəaliyyəti çətin olduğu üçün onlar həmin evlə yanaşı bağçanın yararlı hissələri, mətbəx, müdir otağı və paltarxanadan istifadəyə davam etməyə məcbur qaldılar. Hazırda bağça yenidən öz uçuq binasında işinə davam edir. Kirayəhaqqını öz məvacibləri ilə ödəyən rəhbərlik və işçilərin gücü çatmadığı üçün evi təhvil veriblər…”

Oğuz Rayon İcra Hakimiyyəti hələ də “Arqument.az”ın sorğusuna cavab verməyib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button