2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Camaatı polislə qorxudub, özünüsenzuraya məruz qoymaqla koronavirus geri çəkilməyəcək

ali kerimli3

AXCP sədri Əli Kərimli

Nyu York kimi dünyanın ən inkişaf etmiş şəhərlərindən birinin qubernatoru Andrew Cuomo deyib ki, belə davam etsə, 2 həftədən sonra təkcə Nyu Yorka əlavə 30 min ədəd süni nəfəs aparatı lazım olacaq. Siz nəzərə alın ki, söhbət ABŞ kimi inkişaf etmiş ölkənin Nyu York kimi inkişaf etmiş şəhərindən gedir. Xatırladım ki, “Nyu York Tayms”ın yazdığına görə, ABŞ xəstəxanalarında 160 000, üstəlik dövlət ehtiyatında da 12 700 ədəd ağ ciyər ventilyatoru (süni nəfəs aparatı) var. Buna baxmayaraq Nyu York qubernatoru əlavə 30 min ədəd süni nəfəs aparatı üçün kampaniya aparır, federal hökuməti daha ciddi tədbirlərə çağırır. Beynəlxalq mətbuatdakı kampaniyadan sonra Elon Mask elan edib ki, ona məxsus Tesla zavodlarında süni nəfəs aparatlarının təcili istehsalına başlayır. Yəni dünyada bu işə belə ciddi yanaşılır.

Saytların yığılması Saytlarin yigilmasi

Mən bu aparata olan zərurət haqda dəfələrlə yazmışam. Koronavirusa görə vəziyyəti ağırlaşmış xəstələrin xilası üçün bu aparatların çox olması olduqca vacibdir. Bəs bizdə vəziyyət necədir? Hökumət nəyə görə məlumat vermir ki, ölkəmizdə koronavirusla bağlı neqativ ssenariyə necə hazırlaşır? Oxudum ki, mənim dəfələrlə yazdığım bu aparatlardan 200 ədədini alıb gətiriblər ölkəyə. Bəs ölkənin özündə nə qədər süni nəfəs aparatı var? Onun neçəsi koronavirus xəstələri üçün ayrıla bilər? Digər ölkələrin təcrübəsini nəzərə aldıqda neqativ ssenaridə Azərbaycanda eyni vaxtda neçə nəfər xəstənin reanimasiya şəraitinə düşməsi proqnozlaşdırılır? Bizə nə qədər əlavə aparat lazım ola bilər? Əlavə aparatlar alınırmı? Təqribən oxşar suallar müasir testlər üçün də keçərlidir. Hökumətin borcudur ki, bütün bu mövzuları xalqla danışsın. ABŞ başda olmaqla, ən inkişaf etmiş ölkələrin bir nömrəli gündəmi koronavirusun daha geniş yayıla biəcəyi halda insan həyatını qorumaq üçün fövqaladə tədbirlər görmək, o cümlədən xəstəxanaları zəruri miqdarda testlər və süni nəfəs aparatları ilə təchiz etməkdir. Biz də hökuməti zəruri addımlar atmağa və bu barədə ictimaiyyətə məlumat verməyə çağırırıq. Camaatı polislə qorxudub, özünüsenzuraya məruz qoymaqla koronavirus geri çəkilməyəcək. Özünüz də artıq etiraf edirsiz ki, ölkədə vəziyyət pisləşə bilər, koronavirusun yayılması, xəstə sayı arta bilər. Ona görə də xalqın qarşısına çıxıb, insanları narahat edən aktual suallara cavab verin.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button