Bizim tərcüməDünya

Çamadanlarda uşaq meyiti tapıldı… Bu hadisədən iki ölkə sarsıldı! Heç kəsdən xəbərsiz 4 il orada saxladılar.

Son aylar iki ölkənin gündəmində hər kəsin qanını donduran çamadan cinayətləri olub. Anbarda 5 və 10 yaşlı iki uşağın cəsədi olan çamadanların tapılmasından sonra həm Cənubi Koreya, həm də Yeni Zelandiya təşvişə düşüb. Çünki cəsədlər Yeni Zelandiyada tapılan zaman şübhəlinin Cənubi Koreyada yaşadığı düşünülürdü. Şübhəli Cənubi Koreyada tez bir zamanda tutularaq həbs edilərkən, ekstradisiya prosesi də gündəmdə idi.

Nəhayət, Cənubi Koreyanın Ədliyyə Nazirliyi ekstradisiya məsələsi ilə bağlı açıqlama verib. Cənubi Koreya Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Seul Ali Məhkəməsi 42 yaşlı Li adlı qadının Yeni Zelandiyaya ekstradisiyasına dair qərarı qüvvədə saxlayıb.

Qərar verilərkən şübhəlinin Yeni Zelandiya vətəndaşlığı, cinayət yeri və Cənubi Koreyanın milli maraqlarının nəzərə alındığı qeyd edilib.

Ədliyyə Departamenti növbəti 30 gün ərzində ekstradisiyanın dəqiq vaxtı ilə bağlı Yeni Zelandiya səlahiyyətliləri ilə məsləhətləşəcək.

Avqust ayında Yeni Zelandiyanın Oklend şəhərindəki anbarda 5 və 10 yaşlı iki uşağın cəsədi tapılmışdı.

Çamadanlardakı cəsədlərin 3-4 yaşlı olduğu bildirilib.

Cənubi Koreya polisi 42 yaşlı qadını sentyabr ayında Yeni Zelandiya polisinin şübhəlinin Cənubi Koreyada yaşaya biləcəyini bildirməsi və ekstradisiya tələbindən sonra həbs edib.

Polis qadının Cənubi Koreyada doğulduğunu və daha sonra Yeni Zelandiyaya köçdüyünü və orada vətəndaşlıq aldığını bildirdi. İmmiqrasiya sənədlərinə görə, qadın 2018-ci ildə Cənubi Koreyaya qayıdıb.

Polisin bildirdiyinə görə, şübhəlinin iki qurbanın anası olduğu güman edilir, çünki onun Yeni Zelandiyadakı köhnə ünvanı illərlə çamadanların saxlandığı anbarda qeydiyyatdan keçib.

Milli Polis Xidməti rəsmisi şübhəlinin ekstradisiyasının Seul Ali Məhkəməsində nəzərdən keçiriləcəyini bildirib və araşdırmanın 2 ay ərzində edilməsi lazım olduğunu bildirib.

Yeni Zelandiya polisi isə iki ölkə arasındakı razılaşmaya uyğun olaraq qadının ekstradisiyası üçün müraciət etdiklərini açıqlayıb və şübhəlinin ekstradisiya edilənə qədər həbsxanada qalması lazım olduğunu həmsöhbətlərinə çatdırıb. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Onların havada toqquşduğu anlar dəhşətli idi... ABŞ-da baş verən fəlakətli təyyarə qəzasında yeni hadisə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button