2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Can Dündar: Ərdoğan bundan sonra üzüaşağı getdiyini bilir

Aprelin 16-da Türkiyədə referendum keçirildi. Konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutan səsvermədə ”hə”, yaxud ”yox” cavabları verildi.

Saytların yığılması Saytlarin yigilmasi

Referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir. Türkiyəli journalist, hazırda Almaniyada yaşayan Can Dündar referendum günü Meydan TV-nin suallarını cavablandırıb:

– İlkin olaraq referendumun nəticələrini necə dəyərləndirirsiniz?

– İqtidar 60 faiz ətrafında səs gözləyirdi. 51 faiz onlar üçün uduzmaqdı əslində. 49 faiz də Ərdoğana müxaliflər üçün uğur sayılır. Türkcədə bir söz var: “Qalibdir bu yolda məğlub”. Mən müxaliflər üçün bunun bir qalibiyyət olduğunu düşünürəm.

– 16 iyunda mediaya böyük bir təzyiq oldu, jurnalistlər həbs olundu. Deyəsən bu gün də medianın işində çətinliklər var idi. Siz necə düşünürsünüz, media bu gün tam gücü ilə işləyə bildimi? Yoxsa təzyiqlər bu gün üçünmü planlanmışdı?

– Çox haqsız bir kampaniya aparıldı, “hayır” deyənlər təzyiqlərə məruz qaldı, təhdid olundu, həbs edildi, “evet” deyənlərin yolu açıldı, bütün küçələrdə “evet” plakatları, afişaları qoyuldu, əksinə “hayır” afişaları küçələrdən yığışdırıldı. Media tamam “evet”çilərin əlində idi, “hayır” deyənlərə yer qalmadı. Bütün bu olanlara baxmayaraq, ölkənin yarısının “hayır” deməsini böyük bir uğur hesab edirəm.

– Referendumdan əvvəlki və sonrakı Türkiyə arasında nə fərqlər görürsünüz? Nə dəyişiklik olacaq?

– Bu, Ərdoğan üçün böyük xəbərdarlıqdı. Məncə, sonun başlanğıcıdır. Ərdoğan bundan sonra üzüaşağı getdiyini bilir. Bunu da zorla qazandı, amma bir çox qanunsuzluq iddiası var, indi onlarla başı bəlaya girdi. Bundan sonra ölkəni idarə etməsi çox çətin olacaqdı. Ərdoğan üçün işlərin çətinləşdiyi və müxalifləri üçün iqtidar hazırlıqlarına başladığını görürük.

– Sizcə, 16 apreldə demokratiya bitdimi?

– Xeyr, elə asan təslim olmayacağını göstərdi türk xalqı. Əgər çox böyük zəfərlə çıxsaydı, 60 faizdən çox, diktatorluq başlayır deyə bilərdik, İndi hələ də bu bədənin böyük bir dirənişi olduğunu gördük.

– “Evet” olması, müxalifətin, yoxsa cəmiyyətinmi xətasıdır?

– Mən bunu məğlubiyyət kimi görmürəm. Bu çətin şərtlərdə cəmiyyətin yarısının buna refleks göstərməsini bir zəfər olaraq görürəm. İqtidar tərəfindən bir uğursuzluq görürəm. Bu qədər təzyiqə, hələ MHP ilə işbirliyinə baxmayaraq, əslində səsləri artmadı, son aldıqları səslə eyni səviyyədə qaldı. Halbuki MHP kimi partiyanın dəstəyini almışdı. Sonda bir xəta və yanlış varsa, iqtidar cəbhəsinindir deyə düşünürəm.

– 7 ay əvvəl Azərbaycanda referendum oldu, Türkiyədəki kimi güc prezidentin əlində toplandı. Prezident bir müddət sonra xanımını Birinci vitse-prezident təyin etdi. Sizcə, bu kimi nəticələr Türkiyədə olarmı?

– Mən Əminə xanımın (Ərdoğanın xanımı) şansını az görürəm. Azərbaycandan sonra arzulamış ola bilər, amma Türkiyə hələ bu yerə gəlməyib və gəlməyəcək deyə düşünürəm.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button