Now Reading:
Casusları ifşa edənləri 72 min dollar mükafat gözləyir

Casusları ifşa edənləri 72 min dollar mükafat gözləyir

Pekin rəhbərliyi xarici ölkələrin casusları və onların fəaliyyəti barədə məlumat verənləri mükafatlandıracaq.

“South China Morning Post”un yazdğına görə, bu məqsədlə “qaynar xətt” də yaradılıb.
Tələb olunan məlumatı təqdim edən şəxsi 72 min dollar pul mükafatı gözləyir.
Şəhər rəhbərliyinin rəsmi məlumatında deyilir ki, Pekin xarici ölkələrin xüsusi xidmət orqanlarının marağında olan şəhərdir. Və məlum tədbirlərin görülməsi bununla bağlıdır.
Hökumət söz verir ki, yanlışlığa yol verən vətəndaşları cəzalandırmayacaq. Lakin bilərəkdən yalan məlumat ötürənlərlə mübarizə aparacaq.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.