2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Çatana daş, çatmayana söz atan BÜRCLƏR –

Bəzi insanlar var ki, ürəklərindən keçənləri üstüörtülü formada ifadə etməyi adət halına gətiriblər. Xüsusilə də, onlar sevmədikləri insanlara sətiraltı söz atmasalar, dayana bilməzlər. Bu bəzən vəziyyəti dava-dalaş həddinə qədər gətirib çıxarır.

İnsanların xarakteri ilə bağlı olan bu özəlliyə bürclərin də təsiri böyükdür. 

Saytların yığılması Saytlarin yigilmasi

24saat bizim.media-ya istinadən hər həsə söz atan bürclərin siyahısını təqdim edir:

Əqrəb

Əqrəblərin qisasçı olduqları yəqin ki, hər kəsə bəllidir. İntiqam üçün fərqli metodlara baş vuran bu bürcün nümayəndələri üçün söz atmaq hava-su kimi lazımdır.

Əgər bir insanla problem yaşayıblarsa, hər fürsətdə, hansı sosial çevrədə olmasından asılı olmayaraq, iynələyici ifadələrə baş vururlar. Həmin insanı həyatdan bezdirib, peşman edənə qədər də bundan əl çəkmirlər.

Əkizlər

Əkizlərin iynələyəci sözlərdən gen-bol istifadə etmələri daha çox hər şeydən şübhələnmələri ilə bağlıdır. Heç bir səbəb olmadan belə şübhəyə qapılan bu bürcün nümayəndələri narahatlıqlarını söz atmaqla çıxarmağa çalışırlar. Onlar bunun vasitəsilə hədəf seçdikləri şəxslərin reaksiyasını yoxlayıb, şübhələrinə əsas yaratmağa çalışırlar.

Oxatan

Oxatanlar daha çox sözün düzünü zarafatla deyən tiplərdir. Onlar iyənələyici sözlərinə, adətən zarafat içərisində yer verir, incə zəkalarını işə salırlar. Əkizlər və əqrəblərdən fərqli olaraq, oxatanlar söz atmaq üçün xüsusi səbəb axtarmırlar. Bu xüsusiyyətləri hər hansı böyük məqsədə də xidmət etmir. Sadəcə olaraq, deməsələr ürəklərinin partlayacağını düşündüklərindən söz atmaq yolunu seçirlər. 

Qoç

Rəqabətcil qoçlar qarşı tərəf üzərində üstünlük qazanmaq, psixoloji olaraq qarşısındakını əzmək üçün atmacalı sözlərini işə salırlar. Qoçların də incə zəkası oxatanlar qədər yaxşı inkişaf edib. Onlar bəzən o qədər incə söz atırlar ki, heç qarşı tərəf belə bunu anlaya bilmir. Lakin qoçlar hər vəziyyətdə yox, zəruri gördükləri hallarda iynəli ifadələrə baş vururlar.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button