2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Cavab tələb etmək borcumuzdur

Rafiq Manaflı

Əgər girib konkret mənim, sənin evini yarıb aparmayıblarsa, bu o demək deyil ki, bunlar oğru deyillər. Dövlət də mənim, sənin, hamımızın evimizdir. Dövləti, bizim böyük evimizi talamaq fərdi, kiçik evimizi yarıb aparmaqdan qat-qat böyük günahdır. Təsadüfi deyil ki, dünyanın hər yerində dövləti talamağa görə cinayət məsuliyyəti kiminsə evinə girib oğurlamaqdan daha ağır olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bilirdik ki, oğurlayırlar. 1997-2017-ci illər arasında 3 milyard 218 milyon barrel neft çıxarılıb. Bunun ən intensiv çıxarıldığı 10 ildən artıq müddətdə 1 barrelin qiyməti 100-140 dollar arası olub. Yəni 200 milyard dollardan artıq yalnız neftdən pul gəlib ölkəyə. Bu məbləğin real qiymətlərlə çox cüzi bir hissəsi son dərəcə effektsiz şəkildə ölkə daxilində xərclənib – yollara, binalara, daşa, çınqıla, gələcəkdə heç bir maddi dəyər yaratmayacaq, iqtisadi gəlir gətirməyəcək layihələrə yatırılıb.

Bəs qalanı hanı? Tikdirdikləri sarayları, ölkə xaricində aldıqları mülkləri görürdük, qulağımıza 48-50 milyard söhbətləri çatırdı. Amma yoxlamaq, araşdırmaq imkanımız olmadığına görə qalırdıq belə, konkret danışa bilmirdik.

İndi həmin o pulların 2,9 milyard dolları əllərində tutulublar. 16 min pul köçürmə qəbzi ilə. Konkret, haradan oğurlayıblar, hara daşıyıblar. Məlum olub ki, ən incə yerimizdən, 20% torpaqlarımız işğal altında olduğu, müharıbə şəraitində yaşadığımız zamanda müdafıə büdcəmizdən talamağı belə qeyrətlərinə sığışdırıblar. “Otkat” alveri ilə Rosoborondan siniq-salxaq silahlar, texnika alıblar. Rusiya isə hər dəfə bizə 3-4 milyardlıq silah satanda, paritet yaratmaq üçün həmin silahların real qiymətləri dəyərində, 600-700 milyonluq hərbi sursatı Ermənistana bağışlayıb. Bizim ödədiyimiz 3-4 milyardın hesabına. Görünən odur ki, bunlar nəinki bizim müdafiə qüdrətimizi zəiflədiblər, hətta “otkat” xatirinə Ermənistan ordusunu da silahlandırıblar.

Suallar həddindən artıq çoxdur. Cavab tələb etmək isə millət olaraq boynumuzun borcudur. Bu gün, hər şeyin qapadıldığı bir şəraitdə yeganə silahımız dinc aksiyalar, mitinqlərdir.

Və nə vaxtsa aşıb-daşan suallarımıza cavab almaq istəyiriksə, hamılıqla, 23 sentyabr saat 15.00-da “Məhsul” stadionuna, mitinqə gəlməliyik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button