Cəmiyyət

Deputat Cavanşir Feyziyev siqaret biznesini tam ələ keçirdi?

“Azərbaycanda çox böyük qazanc mənbəyi olan siqaret biznesi deputat Cavanşir Feyziyev tərəfindən tam nəzarətə götürülüb”. 

“24 saat” “Jamaz.info” saytına istinadənb ildirilir ki, hazırda ölkədə siqaretin topdansatışını həyata keçirməyi Cavanşir Feyziyev qardaşına həvalə edib.

Məlumata görə, 100-dən artıq çeşidin satıçşını reallaşdıran və bütün maliyyə işlərini həyata keçirən Arif Feyziyev, qardaşının sayəsində belə böyük biznesə sahiblənib. O, təkcə, topdansatış işlərini deyil, həmçinin ölkə üzrə digər topdansatış işlərini reallaşdırmaq istəyənlər üçün lisenziyaların verilməsi səlahiyyətinə malikdir. 

Cavanşir Feyziyev Rüfət Quliyevə qarşı

“Hazırda siqaret məhsullarının topdansatışını həyata keçirmək üçün tələb olunan lisenziyanın dövlət rüsumu 300 manat olsa da, Arif Feyziyev bu lisenziyanı 50 min dollara satır. O da “hər yoldan keçənə” deyil, xüsusi olaraq tapşırılmış şəxslərə satıla bilər”, – iş adamlarından birinə istinad olunan xəbərdə bildirilir.

Xatırladaq ki, buna qədər ölkədə siqaret satışının böyük hissəsini Feyziyevin Milli Məclisdəki həmkarı Rüfət Quliyevə məxsus “Baku International Tobacco” şirkəti, qalan hissəsini isə Cavanşir Feyziyevin tabeliyində olan idxalçı “İMEKS”, “Krokus LTD”, “AMD Trade” şirkətləridir.

Deputat Cavanşir Feyziyev bizneslə məşğul olduğunu inkar etsə də, beynəlxalq araşdırmalarda onun adı həm də “dərman mafiyası”nın ən aparıcı fiqurlarından biri kimi keçir. 

“Avromed” kimi tanınmış dərman firmasının da ona məxsus olduğu bildirilir. 

“24 saat”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button