Loading...
Loading...
SEÇMƏ

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”ndakı vəzifəsini itirdi, nazir müavini oldu

Prezident bir neçə sərəncam imzaladı

Cavid QurbanovAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev mayın 24-də sərəncam imzalayıb. İlham Əliyevin digər sərəncamıyla Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

2015-c ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanov 1993–1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində Prezident vəzifəsində çalışıb.

O, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi, 2007-ci ilin fevralından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub. Texniki elmləri namizədi C.Qurbanov III, IV və V çağırış Milli Məclisinin deputatı olub.

Eyni zamanda, prezident bu gün Fərid Əhmədovun və Samir Məmmədovun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin edilməsi haqda sərəncamlar imzalayıb.

İlham Əliyevin mayın 24-də imzaladığı başqa bir sərəncamla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi oldu. Bu, sözügedən nazirliyinin adının 2004-cü ildən bəri sayca dəyişdirilən 4-cü adıdır. Həmin il Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. Sonradan nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, son olaraq isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilib.

Meydan TV

Gözdən qaçırmayın:  Bayden Ukraynaya müdaxiləni “qlobal problem” adlandırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button