AZ24SAAT.ORG

Now Reading:
Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası – TƏFƏRRÜAT

Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası – TƏFƏRRÜAT

cq

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza maraqli məlumat daxil olub. Məlumatda iddia olunur ki, 2 il əvvəl Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Göl” restoranının bir gecənin içində yerlə bir edilməsi Cavid Qurbanovun göstərişi ilə baş verib. Bu restoran paytaxtın qeyri-adi restoranlarından biri və birincisi hesab edilirdi. Restoranın inşa olunduğu yer (Milli Arxiv İdarəsinin arxası) keçmişdə daş karxanası kimi istifadə olunub. Karxana dağılandan sonra yerində göl əmələ gəlib. Restoran da gölün üstündə inşa edilib.

Bəs restoran niyə sökülüb? Cavid Qurbanovun bu məsələyə nə aiddiyyatı var?

Məlumatda deyilir ki, restoran və onu əhatə edən ərazi göl qarışıq Fərhad adlı şəxsə məxsus olub. Həmin ərazidə Cavid Qurbanov Fərhadla sövdələşərək özünə villa tikdirib.

Uzun müddət villasında rahatca yaşayan Qurbanovun bütün ərazini almasına səbəb isə hakimiyyətda kifayət qədər nüfuz sahibi olan generallardan birinin yaxın qohumunun həmin restoranda dostları ilə əylənməsi olub. Müsiqinin səsi əraziyə yayıldığına görə Cavid Qurbanov hiddətlənib və mühafizəçilərini restorana göndərib. Mühafizəçilər restoranın rəhbərliyindən musiqinin səsini almağı tələb ediblər. Bu zaman həmin generalın qohumu məsələyə müdaxilə edib. Mühafizəçilər bu barədə Cavid Qurbanovu məlumatlandırandan sonra o, restoranı və onun ətrafını satın almaq qərarına gəlib. Restoranın sahibi Fərhad adlı şəxsə təzyiqlərdən sonra o, “Göl”ü Cavid Qurbanova satmağa məcbur olub.

İddialara görə, Cavid Qurbanov bu məsələdə 5 milyon manat xərcə düşüb. Restoranı alan kimi isə yerlə yeksan etdirib.

Yeri gəlmişkən, restoranın söküldüyü barədə məlumat yayılanda Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilmişdi ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb.

24saat.org

2 comments

  • qurdqanli

    Görəsən Cavid Qurbanovun 2011-ci ildə Fərhad və Hacı Salayev adlı şəxsin küçədən tapılmış saxta möhürdən istifadə edərək və ” ilin dörd vəsli” kooperativinin yaradılmasında nəğd sərmayə ilə iştirak etmiş elmlər namizədi,dosent Zabit Musayevin vəsaiti ilə 1992-ci il tarixində inşa edilmiş avtoprofilaktoriya, avtodayanacaq, ehtiyat hissələri mağazası və avtoyuyucu bir gecənin içində traktorla yerlə bir edilməsində Zabit Musayevin əsəbdən ölkəni tərk etməsində və kooperativin həmin vaxt direktoru olmuş milli təhlükəsizlik nazirliyinin ehtiyatda olan polkovniki Eldar Həsənivun əsəbdın insult olaraq ölməsindən xəbəri varml?

  • qurdqanli

    Hormetli redaksiya,melumat ucun bildiririk ki, javid Qurbanov deleduz Ferhad Nebiyevle elaqeye girerek saxta mohurle ozgesine mexsus olan emlaklari 5 milyona alaraq ve hemin erazide 10 milyonluq deyeri olan eskiz layihesini hazirlatdiraraq boyuk kompleks tikilmesine start vermisdir.Javid qurbanovun cinayet emelleri tekje bu deyil.10 ilden artiqdir rekonstruksiya olunan Baki-Tbilisi-Kars demir yolu bu gune qeder hazir deyildir.Ona gore ki, bu layiheden milyonlari jcinayet yolu ile menimseyib ve Bakida basqasina mensub olan emlaki menimsemekle mesquldur.yalandan deyir ki, payizda demiryolu ise dusecek.yalandir.qatar ona gorede nece defe qatar relsden cixmisdir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.