2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Cavid Ramazanovun ilk romanı nəşr edildi

Bu barədə Meydan TV-yə Cavid Ramazanov məlumat verib.

O bildirib ki, “Amanabənd” romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisələr əsas etibarilə Bakının mərkəzindəki “Sovetski” adlanan ərazidə baş verir.

Qəhrəman “Sovetski”də doğulur, “Sovetski”də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır.

Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Belə ki, baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər.

“Sovetski” məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar.

Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir.

250 səhifədən ibarət roman yaxın günlərdə satışda olacaq.

Cavid Ramazanovun bundan əvvəlki kitabı – “Yol” hekayələr toplusu 2018-ci ildə nəşr edilmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button