2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cavid Rzazadə: “Məhkəmənin tərəf kimi çıxış etməsindən narazıyıq”

“Professor Qulu Məhərrəmliyə qarşı açılan məhkəmə işi tam əsassızdır, predmetsizdir və heç bir hüquqa əsaslanmır. Yasamal rayon məhkəməsi prosesi ədalətli aparmır və bu səbəbdən də BDU-dan seçilmiş dilçi mütəxəssilərlə bağlı verdiyimiz etirazı qəbul etməyib”.

Bu haqda Gununsesi.info-ya tele-jurnalist Qulu Məhərrəmlinin hüquqlarının müdafiəçisi Cavid Rzazadə bildirib. Onun sözlrinə görə,  prosesdə məhkəmə açıq-aşkar tərəf kimi çıxış edir, əsaslandırılmış etirazlara başdansovdu yanaşır və ciddi araşdırma aparmadan, faktları dəqiqləşdirmədən qərar qəbul edir: “Ona görə də biz məhkəmə işi üçün vacib olan ekspert təyini ilə bağlı narazı qaldığımız bu qərardan, mövcud təcrübədə olmasa belə, apellyasiya şikayəti verəcəyik”-,deyə vəkil bildirib. C.Rzazadə bildirib ki, əslində, professor Q.Məhərrəmlinin sonuncu prosesdə çox ciddi nüanslara aydınlıq gətirən tutarlı çıxışından, təqdim etdiyi faktiki sənəd və materiallardan sonra məhkəmə işə xitam verməliydi. Axı artıq hər kəsə bəllidir ki, jurnalistə qarşı olan iddia heç bir hüquqa əsaslanmır, cənab Alışanovun şikayətinin predmeti yoxdur. Professorun  müsahibəsindəki tənqidi məqamlarda heç bir təhqir, söyüş, biədəb ifadə yoxdur, amma qarşı tərəf zorla deyir ki, yox mənim şərəf və ləyaqətim tapdalanıb. Vəzifəli şəxs kimi A.Alışanov heç prosesə gəlməyi belə özünə sığışdırmır, məhkəmə isə onun əsassız şikayətini icraata götürməklə həqiqətə göz yumur. Məncə, bunlar işə qeyri-ciddi yanaşmadır, prosesləri düzgün istiqamətə aparmır. Ümumiyyətlə, bu vəziyyət bizim məhkəməyə başucalığı gətirmir”-, deyə C.Rzazadə bildirib.

Gülnaz Qənbərli

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button