Loading...
Loading...
Xəbərlər

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Türkiyənin Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə dəstək verdiyini deyən Çavuşoğlu bildirib ki, Ankara daim haqlının və ədalətin yanındadır

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ermənistanı Azərbaycana qarşı “yeni təxribatlardan” çəkinməyə çağırıb.

O bu bəyanatı səfirlərin Türkiyə paytaxtı Ankarada keçirilən 13-cü konfransında verib:

“Qarabağda müharibə başa çatdıqdan sonra Türkiyə regionda sülhün bərqərar olunması üçün səylər göstərir. Hazırda biz Azərbaycanın işğal oluinmuş ərazilərindən, məcburi köçkünlərdən, hər an təkrar başlaya biləcək münaqişənin qaçqınlarından deyil, regional sülh və əməkdaşlqıdan danışırıq. Biz bir daha Ermənistanı Qarabağda Azərbaycana qarşı yeni təxribatlarda iştirakdan çəkinməyə çağırırıq”.

Türkiyənin Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə dəstək verdiyini deyən Çavuşoğlu bildirib ki, Ankara daim haqlının və ədalətin yanındadır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Əbülfəz Məlikov həbs edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button