2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Çavuşoğlu holland nazirin ağzından vurdu – Video

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun hollandiyalı həmkarı Bert Koendersin iştirakı ilə keçirilən mətbuat konfransında gərgin anlar yaşanıb.

Hollandiyada yaşayan türklərin vəziyyətindən danışan Koenders hadisələrin ölkəsinə daşınmasının əleyhinə çıxıb:
“Hollandiyada yaşayan türklər Türkiyədə baş verənləri həssaslıqla izləyir. Lakin bu cür həssaslığın Hollandiya toplumuna tamamilə daşınmamasının vacibliyini qeyd etməliyəm”.
Nazirin bu açıqlaması Çavuşoğlunun sərt cavabına səbəb olub. Türkiyəli nazir rəsmi Amsterdamı ikili siyasətdə ittiham edib:
“Hollandiya və ya başqa bir ölkə Türkiyəyə demokratiya dərsi verməyə çalışır. Bu, Türkiyənin daxili işlərinə qarışmaq deyilmi? Ancaq Avropadakı türklərlə bağlı bir fikir bildirəndə bu, daxili işlərə qarışmaq olur. Belə axmaq anlayış olmaz. Bu, ikili standartdır”.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button