2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Çavuşoğlu təsdiqlədi – Türkiyə və ABŞ Suriya ilə bağlı razılıq əldə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə hökumətinin ABŞ-la Suriya məsələsində razılıq əldə etdiyini təsdiqləyib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu may ayı ərzində ABŞ ordusuna aid “HIMARS” tipli artilleriya sisteminin Türkiyə sərhədinə yerləşdiriləcəyini, beləcə İŞİD mövqelərinin daha effektiv vurula biləcəyini bildirib.

Çavuşoğlunun sözlərinə görə ABŞ ilə Türkiyə Suriya sərhədində xüsusi reaktiv artilleriya sistemlərinin yerləşdirilməsi və Mənbiç bölgəsinin bağlanaraq bufer zona elan olunması ilə bağlı razılıq əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ ordusunun “HIMARS” (High Mobility Artillery Rocket System) artilleriya qurğusunu yerləşdirməkdə əsas məqsəd 98 km-lik Mənbiç bölgəsini İŞİD-dən təmizləməkdir. Bunu həyata keçirdikdən sonra bufer zona onsuz da özü-özünə yaranacaq. Obama da bufer zonaya qarşı qarşı olmadığını söylədi. Almaniya da bu mövzuda bizimlə həmfikirdir. Yəni gec də olsa Türkiyənin bu məsələdə nə qədər haqlı olduğunu nəhayət ki, anlaya bildilər. Bölgəni İŞİD-dən təmizləmək üçün müxaliflərə də həm havadan, həm də qurudan dəstəkləməliyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button