Now Reading:
Çay içənlər daha yaradıcı olurlar

“The Independent” yeni elmi tədqiqata əsasən yazır ki, çay insanın zehni aydınlığını və diqqətini artırır, onu habelə daha yaradıcı edir.

Onların fikrincə, diqqətliliyi və ayıqlığı artıran, çayın tərkibindəki teanin və kafein maddələridir.

Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyəti yaxşılaşdırır.

Mərkəzi Asiya: “Çay ayrıcında”
“Çayxor ingilislər” çay içməyi niyə tərgidirlər?
“Food Quality and Preference” elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, Çindəki Pekin Universitetinin psixoloqları orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə təcrübə keçiriblər.

Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Birinci test zamanı tələbələr kubiklərdən “cəlbedici və yaradıcı” tikili qurmalı idilər. İkinci test zamanı isə onlardan fantastik əriştə restoranına ad qoymaq xahiş edilirdi.

Nəticələri bu sınaqlarda ümumiyyətlə iştirak etməyən tələbələr qiymətləndiriblər.

Orta hesabla çay içənlər yaradıclıq reytinqində 6, 54 bal, su içənlər isə 6, 03 bal toplayıblar.

Restorana ad qoymaq tapşırığının nəticələrinə görə, isə çay içənlər 4, 11, su içənlər isə 3, 78 bal toplayıblıar.

Beləliklə hər iki sınaq zamanı isti içkinin yaradıcılığa yaxşı təsir göstərdiyi üzə çıxıb.

Amma alimlər bunu da qeyd edirlər ki, iştirakçılara nisəbətən az miqdarda çay verilmişdi və buna görə də nəticələr tam olmaya bilər.

Məqalədə deyilir ki, kafein və teanin maddələrinin diqqətin artmasındakı rolu bundan əvvəl də məlum idi.

Alimlər bildirirlər ki, bu iki maddədən məhz teanin daha uzunmüddətli təsirə malikdir.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.