2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Çayçı “Azadlıq”ın müxbirinin tutulmasını istəməyib

”Azadlıq” qəzetinin müxbiri Ziya Əsədlinin həbsi ilə bağlı yaxınları açıqlama yayıb.

Onun sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il həbs edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı jurnalistin həbsi ilə bağlı bunları deyib:

“Bir vətəndaşın şikayəti əsasında ona cinayət işi qaldırılmışdı. Ümumi çayxana var, oraya musiqiçilər və digər peşə sahibləri toplaşırlar. Orada nərd, domino oynayırlar. Bu da arabir ora gedirmiş. Orada tənqidi fikirlər səsləndirib. Çayçı ona deyib ki, belə söhbətlər burda eləmə…”

Yusif Muradxanlının deməsinə görə, çayçı onu çayxanadan çıxardarkən insident baş verib:

“Növbəti dəfə ora gedəndə çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb…”

Ancaq verilən məlumata görə, çayçı məhkəmədə fərqli ifadə verib. O deyib ki, Ziya Əsədli telefonu onun başına vurub.

“Mən Ziyaya Əsədliyə həmişə deyirdim ki, ehtiyatlı ol. “Azadlıq” qəzetinin müxbirisən, “Turan TV” ilə əlaqən var. Bunu bilirlər. Sənə ‘torba’ tikirlər…”, – deyə Y. Mehdixanlı vurğulayıb.

Çayçı jurnalistin həbsini istəməyib?

Yusif Mehdixanlı bildirir ki, Ziya Əsədlinin bütün məhkəmə iclaslarında iştirak edib:

“Mən çayçıya dedim ki, iş işdən keçib. Sən məhkəmədə barışıq elan elə, qoy onu həbs etməsinlər. Sözümə baxdı. Məhkəmədə dedi ki, uşaqları var, həm də 2-ci qrup əlildir, bağışlayıram onu”.

Yusif Muradxanlının deməsinə görə, məhkəmə bunu nəzərə almayıb:

“Bizə dedilər ki, məhkəmə yüngül cəza verəcək. Siz buna siyasi rəng verməyin, ictimailəşdirməyin. Onun müdafiəsi düzgün təşkil olunmadı. Rayonda çatışmazlıqlarla, rüşvətxorluqla əlaqədar “Azadlıq” qəzetinə, “Turan TV”yə məlumatlar verirdi…”

Ancaq bu açıqlamaya Biləsuvar Rayon Məhkəməsindən hər hansı münasibət almaq mümkün olmayıb.

Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə ona 3 il həbs cəzası verib.

Z Əsədlinin yaxınlarının deməsinə görə, qərardan apellyasiya şikayəti veriləcək. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button