2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

CDC: ABŞ əhalisinin 61%-nə COVID-ə qarşı peyvəndin azı bir dozası vurulub

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) cümə axşamı ABŞ-da 364 842 701 dozada COVID-20 peyvəndi tətbiq edildiyini, 202 500 853 nəfərə azı bir doza vurulduğunu və 171 773 370 insanın tam peyvənd olunduğunu bildirib.

Məlumatlarda deyilib ki, əhalinin 61%-i peyvəndin azı bir dozasını, 51.7% -i tam dozasını alıb. Bu isə o deməkdir ki, 12 və daha yuxarı yaşlarda olan ABŞ sakinlərinin 71,3% -nə azı bir doza, 60,5% -nə isə tam doza vurulub. 18 və daha yuxarı yaşlardakı insanların 73.4% -nə bir doza, 62.7% -nə isə peyvəndin tam doza tətbiq edilib.

ABŞ-ın 65 yaşdan yuxarı sakinləri isə ən çox peyvənd edilənlərdir. Belə ki, onların 91.6%-nə peyvəndin bir, 81.3% -nə isə tam dozası vurulub. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ümumilikdə ölkə boyu 430 118 615 dozada COVID peyvəndi paylanıb.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) Pfizer şirkətinin COVID-19-a qarşı peyvəndini tam təsdiq edib.

“İctimaiyyət Ərzaq və Dərman İdarəsinin bu peyvəndin təsdiq edilməsi üçün tələb etdiyi yüksək təhlükəsizlik effektivliyi və istehsal keyfiyyətinə cavab verdiyinə əmin ola bilər” – deyə, FDA komissarı vəzifəsini icra edən Canet Vudkok bazar ertəsi verdiyi açıqlamasında bildirib.

Pfizer-BioTech tərəfindən istehsal olunan peyvənd keçən ilin dekabr ayında təcili istifadə üçün təsdiq edilib.

Bu peyvənd ABŞ-da 200 milyondan çox, dünyada isə 100 milyonlarla dozada tətbiq edilib.

ABŞ-ın Johnson&Johnson əczaçılıq şirkətinin çərşənbə günü bildirdiyinə görə, keçirdiyi klinik sınaqların nəticələri şirkətin COVID-19 peyvəndinin ikinci dozasının orijinal tək dozadan doqquz dəfə yüksək antitel reaksiyası verdiyini göstərib.

Şirkət açıqlamasında bundan əvvəl tək dozada peyvənd edilmiş şəxslər üzərində iki 1/2a fazalı sınaqlar apardığını bildirib. Bu araşdırmaların ilkin nəticələri göstərir ki, vaksinin gücləndirici (buster) dozası “virusa yapışan və onu neytrallaşdıran antitellərdə kəskin və güclü artıma səbəb olub.”

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button