2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ceff Bezos artıq dünyanın ən varlı insanı deyil

Tamara Mustafayeva, Banco.az

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos “Dünyanın ən varlı insanları” siyahısındakı liderliyini itirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, “Louis Vuitton” şirkətlər qrupunun sahibi Bernard Arnault Ceff Bezosu üstələyərək dünyanın ən varlı insanı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Tanınmış moda brendinin 47%-lik səhmlərinə sahib olan Arnault şirkətin ümumi bazar dəyərinin ötən həftənin cümə axşamı günü 416 milyard dollara çatmasından sonra “Dünyanın ən varlı insanları” siyahısının 4-cü pilləsindən birinciliyə yüksəlib. Fransız iş adamının ümumi sərvəti 196 milyard dollar təşkil edir ki, bu da 186 milyard dollarlıq sərvəti olan Ceff Bezosu geridə qoymağa kifayət edib. Hazırda siyahının üçüncü pilləsində 160 milyard dollarlıq sərvəti ilə “Tesla” şirkətinin təsisçisi İlon Mask qərarlaşıb.

Xatırladaq ki, “Louis Vuitton” şirkətlər qrupuna daxil olan əksər markalar bu ilin ilk yarısı üzrə rekord həcmdə satış həyata keçirməklə pandemiyadan sonrakı ən yüksək göstəriciyə nail olublar. Belə ki, şirkət ilin II rübü üzrə 17.4 milyard dollar gəlir əldə edib ki, bu da pandemiyadan əvvəlki dövr ilə müqayisədə 14% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button