Loading...
Loading...
SEÇMƏ

Çempionlar Liqası: “Real Madrid” ginalda “Liverpul”a rəqib oldu

UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

Yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edən “Real Madrid” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar – 4:3.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1 (ƏLAVƏ VAXTDA – 1:0)

Qollar: Rodriqo, 90; 90+1 – Riyad Mahrez, 73

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 3:4

Qeyd edək ki, “Real Madrid” finalda İngiltərənin digər təmsilçisi “Liverpul”la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

24 saat” “Çempionlar Liqası: “Real Madrid” ginalda “Liverpul”a rəqib oldu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “O vaxt gülürdülər, indi isə təqlid edirlər” - Paşinyan müxalifətdən danışdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun