2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİdman

Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçiriləcək.
Qarşılaşmalardan 2-si Almaniyada olacaq.
Əvvəlcə Dortmundda “Borussiya” və Fransa “Monako”su üz-üzə gələcək. Əslində bu komandalar aprelin 11-də qarşılaşmalı idi. Lakin “Borussiya”nın avtobusu qarşısında 3 partlayıcı qurğunun işə düşməsi səbəbindən görüş bir gün sonraya təxirə salınıb.
Bu oyundan sonra Münhendə “Bavariya” İspaniya “Real Madrid”ini qəbul edəcək. İspaniyada isə “Atletiko” İngiltərənin “Lester” klubu ilə qarşılaşacaq.
22:45 “Bavariya” (Almaniya) – “Real Madrid” (İspaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
22:45 “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)
Baş hakim: Yunas Eriksson (İsveç)
Qeyd edək ki, ilk 1/4 final matçında “Yuventus” İtaliyada İspaniya “Barselona”sını darmadağın edib – 3:0.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button