2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Çempionlar Liqasında inanılmaz dəyişikliklər: Hər şey bir-birinə qarşıdı…

UEFA Çempionlar Liqasında 2024-2025-ci illər mövsümündən etibarən qüvvəyə minəcək dəyişikliyi açıqlayıb.

Qurumdan verilən məlumata görə, həmin dövrdən başlayaraq turnir İsveçrə sistemi üzrə keçiriləcək və iştirakçıların sayı 32-dən 36-ya çatdırılacaq.

Ən böyük dəyişiklik ənənəvi qrup mərhələsindən bütün iştirakçı komandaların daxil olduğu vahid liqa mərhələsinə keçid olacaq. Hər bir klub ilkin mərhələdə 8 fərqli rəqibə qarşı ən azı 8 liqa oyununda (dörd ev və dörd səfər) çıxış edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Nəticələrə əsasən, səkkiz ən yaxşı komanda birbaşa 1/8 finala çıxacaq. 9-24-cü yerləri tutan klublar isə 1/16 finalda çıxış edəcək.

Bundan əlavə, UEFA adi klub əmsalları cədvəlindən imtina edəcək və Çempionlar Liqasında yerlər yalnız ölkələrin reytinqi əsasında veriləcək.

Oxşar dəyişikliklər həm Avropa Liqasına, həm də Konfrans Liqasına (burada komandalar ilk mərhələdə 6 oyun keçirəcək) təsir edəcək. Hər iki turnirdə 36 komanda çıxış edəcək.

24 saat” “Çempionlar Liqasında inanılmaz dəyişikliklər: Hər şey bir-birinə qarşıdı…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button