2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Cenevrə görüşlərinə Azərbaycandan rəylər…


Oktyabrın 31-də İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağ və cəbhədəki hazırkı vəziyyətlə bağlı müzakirələr keçirilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ( Rusiyadan İgor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Andre Şofer) Azərbaycanla Ermənistan Xarici İşlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər.

Verilən məlumata görə, görüşlərdə münqaişənin həlli, cəbhə bölgəsində vəziyyət, beynəlxalq hüquq, humanitar atəşkəsə əməl edilməsi, mülki əhalinin atəşə tutulmasının yolverilməzliyi və başqa bu kimi məsələləri nəzərdən keçiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

“30 il nizamlanma adına yalan danışdılar,…”

Milli Məcıisin sədr müavini Fəzail İbrahimli bu görüşlərlə bağlı “Turan” agentliyinə bunları deyib:

“Az qala 30 ildir ki, danışıqlar gedirdi, indi danışıqlar aparmaq sadəcə ayıbdır. Anlamaq olmur ki, 30 illik uğursuzluqdan sonra hansı danışıqlar təklif edilir? 30 il nizamlanma adına yalan danışıdlar, Azərbaycanı faktiki işğal faktı ilə barışmağa çağırdılar. İndi nə üzlə yenə danışıqlardan danışırlar. Bunu anlamaq olmr ”

“Bu ölkə hakimiyyətilə danışıqlar apararaq nəyəsə bel bağlamaq olmaz ”

F.İbrahimli hesab edir ki, Ermənistani heç bir beynəlxalq hüquq normalarını tanımır:

“Odur ki, bu ölkə hakimiyyətilə danışıqlar apararaq nəyəsə bel bağlamaq olmaz.”

Sədr müavini tərəf olaraq Azərbaycanın bu görüşlərdə iştirakını beynəlxalq hüquqa hörmətin göstəricisi kimi dəyərləndirir.

O, bildirib ki, Azərbaycanın yeganə şərti Ermənistan qoşunlarının işğal altında olan ərazilərdən çıxarılmasıdır.

“Sülh ədalətli olduqda qalıcı olur”

Politoloq Nəsimi Məmməli də Azadlıq Radiosuna bu danışıqların fayda verəcəyinə ümidli olmadığını söyləyib:

“Əvvəla status-kvo dəyişdi. Odur ki, ATƏT-in Minsk qrupunun indiyə kimi nizamalanma ilə bağlı təklif etdiyi variantlarn demək olar ki, hamısı mahiyyətini itirb. Azərbaycan artıq, öz torpaqlarının böyik hissəsini işğaldan azad edib ”

Politoloq deyib ki, beynəlxalq hüquq da Azərbaycanaın haqlı olduğunu

isbat edir, Ermənistan hərbi qüvvələri Azərbaycanından çıxmalıdır.

Danşıqlara gəlində politoloq əlavə edib ki, hər bir münaqişənin sonu sülhlə bitir, danışıqlarla başa çatır. Onun fikrincə, sülh ədalətli olduqda qalıcı olur.

O, hesab edir ki, Ermənistan tərəfi əvvəlki iddialarını sürdürə bilməyəcək.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 170-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan düz 3 dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin eşidildiyi bildirilir. Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.Son həftə, oktyabrın 27-i və 28-də isə Azərbaycanın Bərdə rayonun atəşə tutulması nəticəsində üst-üstə 25 mülki şəxsin öldüyü, 80-dən çoxunun da yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button