2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Çevriliş əmri faksla gəldi” -Üsyançılar danışdı

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığını ələ keçirməyə çalışan hərbçilərin ifadəsi alınıb.

Osman Ç. Adlı hərbçi üsyançıların Prezident Qvardiyasında silahlandırıldığını deyib.
Onun sözlərinə görə, hərbi çevriliş təlimatı Baş Qərargahdan faks vasitəsi ilə gəlib:
“İyulun 15-də əsgərlər təlim məqsədi ilə Prezident Qvardiyasına gətirildi. Burada əsgərlərə kamuflyaj, silah və sursat paylandı. Silahlanan əsgərlər qoruma vəzifəsi bəhanəsi ilə Gölbaşında yerləşən Xüsusi Qüvvələr Komandanlığına yeridildi. Əsgərlərə həbs göstərişi verilməmişdi. Daha sonra Baş Qərargahdan hərbi çevriliş faksı gəldi. Əmrin dəyişdiyi deyilən faksda mövcud komandir Zəkayi Ağsaqqallının vəzifədən alınaraq yerinə Semih Terzinin gətirildiyi qeyd olunmuşdu”.
Xatırladaq ki, iyulun 15-dən 16-a keçən gecə baş verən çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi həbs edilib.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button