2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Çevrilişlər, inqilablar heç bir xalqı ağ günə çıxartmayıb”

Moderator.az xəbər verir ki, bu fikri SOCAR-ın vitse-prezidenti Xaliq MəmmədovTürkiyədəki hərbi çevriliş cəhdinə mövqeyini açıqlayarkən qeyd edib.

“Şükürlər olsun ki, çox uzanmadı. Mən dövlətçiliyin müdafiyyəsinə qalxmış, nəticədə ölən və yaralananların əzizlərinə səbr diləyirəm. Onların ruhu üçün dua edirəm, konstitutsyon dövlətin güc yolu ilə devrilməsi cəhdlərini pisləyir, qiyamçıları lənətləyirəm”, – deyə. X. Məmmədov vurğulayıb.
X.Məmədov əlavə  edib ki, deyirlər gündə bir söz eşitməsə qulaq kar olar. “Daha belə də yox. Hər günümüz barıt iyi ilə, güllə səsi ilə, insan tələfatı ilə açılırsa bu yaxşılıqdan xəbər vermir axı. Xüsusilə əgər bu bizim bölgədə, ətrafımızda və ya dost-qardaş ölkədə baş verdikdə daha ağır olur. Doğrusu gecə bu xəbəri eşitdim səhərə qədər yata bilmədim və ekrandan ayrıla bilmirdim. Heyifslənirdik, sarsılırdıq, dua edirdik hər şey yaxşı olsun deyə. Kino kimi idi, əvvəl heç inana bilmirdim və tez-tez təkrar edirdim, ” Allah Türkiyəni qoru, allah belə şeyləri Türkiyəyə rəva görmə””- deyə, o qeyd edib.
 Onun sözlərinə görə, iyulun 15-də  yazmışdım ki, dünya qlobal dəyişikliklərə hamilədir, bəzi saytlar sərlövhə çıxarmışdılar ki, “dünya hamilədir”. “Kim nə cür istəyir anlasın, amma doğrudan da Dünya qlabal dəyişiklərə hamilədir. Amma Allah eləməsin ki, vaxtından qabaq doğuş ola, bu faciə olur, fəlakət olur, inqilablar kimi……..Nə isə hələ ki, gündə barıt qoxusu, güllə səsi, adam ölümü, terror adlı bəla baş verirsə deməli evimizdə rahat uzanıb yata bilmərik.
Allah bizi, Azərbaycanı və Türkiyəni qorusun”, – deyə,  X.Məmmədov vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button