2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çexiya: Hökumət korrupsiya iddiaları səbəbiylə istefa edir

Çexiyanın Baş naziri Bohuslav Sobotka adları sui-istifadə iddialarında hallanan Baş nazirin müavini və Maliyyə naziri Andrej Babisin bu həftə içərisində istefa edəcəyini açıqlayıb.
Sobotka mətbuat konfransında istefadan sonra üç partiyanın qurduğu mərkəz sol koalisiya hökumətinin Babisi kənarlaşdıraraq, yeni bir hökumət qura biləcəyini ya da ölkənin erkən seçkiyə gedə biləcəyini söyləyib.
Ümumi seçkilərin oktyabr ayında keçirilməsi planlaşdırılır. Ancaq bu gedişlə seçkilərin daha erkən bir tarixə alınması gündəmə gəlir.
Sobotka ortaya atılan iddialar araşdırılana qədər yalnız Maliyyə nazirinin istefa verməsinin hökumət baxımından “ikiüzlü bir həll yolu” olacağını, məsuliyyətin bütün hökumətə aid olduğunu vurğulayıb.

Siyasi şərhçilər koalisiya ortaqları Sobotkanın lideri olduğu CSSD ilə Babisin rəhbərliyindəki ANO partiyası arasında bir müddətdir gərginlik yaşandığını bildirir. Babis isə hökumətin istefa qərarının onun üçün sürpriz olduğunu söyləyib.
O, “anlamaq çətindir, bu qərarla baş nazir inqilabdan bu yana qurulmuş ən müvəffəqiyyətli hökumətlərdən birini yıxır” deyib.
Forbes jurnalının açıqlamasına görə, Çex Respublikasının ən zəngin ikinci şəxsi olan Babis kabinetdə nazir olmazdan əvvəl “Agrofert” adlı bir holdinqə rəhbərlik edib. O, vəzifəyə gəlincə, əmlakını qəyyum etdiyi şəxsə verib. Müxalifət partiyaları onun vergidən azad olan 55 milyon avroluq şirkətinin kommersiya əməliyyatlarında istifadə olunduğunu iddia edib. Sobotka Babisdən bu iddialara aydınlıq gətirməsini tələb edərkən, o, korrupsiya iddialarını rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button