SEÇMƏ

Çexiya Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq

Yayımlandı: 14 Oktyabr 2022 10:49

“Müharibəni dəstəkləyən Rusiya vətəndaşlarının sərbəst səyahət etməsi qəbuledilməzdir”

Çexiya hökuməti oktyabrın 25-dən Rusiya vətəndaşlarını ölkəyə buraxmamaq barədə qərar verib.

Bu qayda istənilən Avropa İttifaqı ölkəsindən turizm, idman və mədəniyyət məqsədləri üçün “Şengen vizası” alanlara da aiddir.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski rəsmi açıqlama yayıb.

O deyib ki, indiyədək Beynəlxalq hava limanları vasitəsilə hər gün 200-ə yaxın rusiyalı Çexiyaya gəlib: “Bundan sonra onların gəlişinə qadağa tətbiq ediləcək”.

“Ukraynada Rusiya raketləri uşaq meydançalarına və sadəcə, işə gedən insanların üzərinə düşərkən hər gün 200-ə qədər Rusiya vətəndaşı beynəlxalq hava limanı vasitəsilə Çexiyaya səfər edirdi”, – Lipavski bildirib.

“Euronews” saytı isə yazır ki, Finlandiya, Baltikyanı ölkələr və Polşa da son həftələrdə rus turistlər üçün sərhədlərini bağlayıb.

Onun sözlərinə görə, bunun səbəbi müharibədir.

“Müharibəyə dəstək verən Rusiya vətəndaşlarının dünyada, Litvada və Aİ-də sərbəst səyahət edə bilməsi qəbuledilməzdir”, – Litvanın daxili işlər naziri Agne Bilotaite belə deyib.

Çexiya fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya və Belarus vətəndaşlarına viza qadağası qoyub və bu, humanitar hallar istisna olmaqla, hələ də qüvvədədir.

Çexiya Xarici İşlər Nazirliyi oktyabrın 12-də Aİ-nin başqa bir ölkəsində müvəqqəti qoruma almış ukraynalılara Çexiyada müvəqqəti viza tələb etməyə icazə verən fərmanı təsdiqləyib.

Qadağa təkcə biznes məqsədilə verilmiş vizalara və ya ölkədə yaşamaq hüququ olanlara şamil edilməyəcək.

Eyni zamanda, Avropa İttifaqının səfirləri Rusiyanın UkraynaGürcüstanda işğal etdiyi ərazilərdə verdiyi Rusiya pasportlarını tanımamaq barədə qərar qəbul edib.

Avropa İttifaqı hesab edir ki, bu qərar Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız hərbi təcavüzünə və Rusiyanın işğal olunmuş regionlarda Rusiya pasportları vermək praktikasına cavab tədbiridir.

Qərar habelə Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımasına qarşı da yönəlib.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan bildirib ki, sözügedən qərar habelə Avropa İttifaqı üzvlərinin xarici sərhədlərinin təhlükəsizliyinin qorunması məqsədini güdür.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

2022-ci ilin 23-27 sentyabr tarixlərində isə Rusiya Ukraynada işğal etdiyi ərazilərdə qondarma referendumlar keçirib.

Rusiya Prezidenti Vladimir Putin bu ərazilərin Rusiyanın tərkibinə qəbul edilməsinə dair fərman imzalayıb.

Bununla belə Rusiya Ukraynanın qondarma DXR və LXR, habelə Xerson və Zaporojye vilayətlərinin ərazilərinə tam nəzarət etmir.

BMT və əksər dünya ölkələri qondarma referendumların nəticələrini qəbul etməyib.

Gözdən qaçırmayın:  PKK-dan Azərbaycana böyük təhlükə…

Gürcüstan Rusiyanın müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiyanı öz ərazisi hesab edir.

Avropa İttifaqı həmçinin bildirir ki, Rusiya vətəndaşlarına viza verilməsini tam qadağan etməyəcək.

Ən azı Avropa dissidentlər və müharibəyə qarşı çıxanlar üçün açıq olmalıdır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button