Loading...
Loading...
ÖLKƏGündəm

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Nazir Ermənistanın iki ölkənin dövlət sərhədində təxribatı davam etdirməsi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçunun həlak olması haqqında qarşı tərəfə məlumat verib

Bugün, yanvarın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda vurğulanıb ki, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar:

“Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.”

Açıqlamaya görə, nazir, Ermənistanın iki ölkənin dövlət sərhədində təxribatı davam etdirməsi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçunun həlak olması haqqında qarşı tərəfə məlumat verib.

Vurğulandığına görə, o əlavə edib ki, bu təxribata görə, məsuliyyət bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:

“Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.”

Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi yanvarın 11-də iki ölkənin sərhəddində bir hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, ErmənistanRusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il qeyd edilən 3 ölkənin rəhbərliyi regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bəyanatlar imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button