2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ceyhun Bayramov Türkiyəyə könüllü dəstələrin gedəcəyini deyir

Yayımlandı: 11 Fevral 2023 17:00

Nazir zəlzələ zonasında tapılmayan azərbaycanlıların olduğunu bildirib

“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu fevralın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir dünən Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olduğunu təsdiq edib.

“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda, hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”.

C.Bayramov deyib ki, Azərbaycandan minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir:

“Bu çox çətin prosedurdur və bunu sistemli şəkildə etmək lazımdır. Artıq azərbaycanlı könüllülər də hissə-hissə gəlməyə başlayacaq”.

Nazir əlavə edib ki, zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq.

Xatırlatma

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21 min 43-ə çatıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button