2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov və Sergey Lavrov Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti müzakirə ediblər

Bakı/09.08.21  Bu gün Azərbaycan və Rusiyanın xarici işlər naziri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.

Nazirlər Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti və üçtərəfli bəyanatların (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin) icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Həmçinin tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də nəzərdən keçiriblər. .—06D—

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button