Gündəm

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu danışıb

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin bölgədə mövcud vəziyyəti, o cümlədən 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi apardıqları bildirilir.

Telefon danışığı zamanı həmçinin, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu deyilir.

24 saat” “Ceyhun Bayramovla Mövlud Çavuşoğlu danışıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button