2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ceyms Uorlik prezidentlərin Sankt-Peterburq görüşündə iştirak edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək.

Bu barədə APA-ya C.Uorlik bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Amerikalı həmsədr qeyd edib ki, prezidentlərin 16 may tarixli Vyana görüşünün nəticələrini davam etdirəcəklərinə ümid edirlər.

“Mən bu görüşdə iştirakı səbirsizliklə gözləyirəm. Biz ümid xüsusilə edirik ki, tərəflər ATƏT-in araşdırma mexanizminin həyata keçirilməsi üzrə razılaşmanı yekunlaşdıracaq, hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa edəcəklər”, – deyə o bildirib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. V.Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button