Loading...
Loading...
SEÇMƏ

Ceyran ovlamaqda ittiham edilən şəxs polisə təhvil verilib

Yayımlandı: 28 İyul 2022 11:36

Brakonyerlərdən birinin qaçdığı bildirilir

“Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05-də  Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva yaydığı məlumatda bildirib.

O qeyd edib ki, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı  müvafiq sənədləşmə işləri aparılıb.

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan Rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Meydan TV

Gözdən qaçırmayın:  “Tərtər işi” qurbanlarını “vətən xaini” adlandıran bloger ordudan yazdığına görə həbs olundu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button