2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

CHP Məclisdən çəkilsə nə olur?

Türkiyədə referendumun nəticələrinə etirazlar davam edir. CHP-nin sədr müavini Selin Sayek Bökenin ”bu referendumun nəticəsini tanımırıq, bunun üçün demokratik bütün haqlarımızı istifadə edəcəyimizdən şübhəniz olmasın, Məclisdən çəkilməklə işə davam etmək də bura daxildir” sözləri siyasi gündəmi çalxalandırıb. Hər kəs bu sözlərdən sonra “133 millət vəkili olan CHP Məclisdən çəkilsə nə olur?” sualını düşünməkdədir. Məlum olduğu kimi, 549 millət vəkilinin iştirak etdiyi Məclisdə CHP-nin 133 vəkili var. CHP Məclis işlərindən çəkilsə, yəni Məclis işlərinə qatılmazsa, TBMM-nin qəbul olunmuş qaydaları tətbiq edilə bilər. Qaydanın müddəalarına görə üzrsüz və ya icazəsiz məclisin işinə bir ay içində beş dəfə qatılmayan şəxslərin vəkillikləri ləğv edilir. Amma bunun üçün ilk növbədə Prezident Divanının bu millət vəkillərinin işlərə qatılmadıqlarına dair təsbiti, sonra da Konstitusiya və Ədalət komissiyaları üzvlərindən ibarət Birgə Komissiyanın hesabat hazırlaması lazımdır. Hesabat Ümumi Kurulda səsverməyə çıxarılır. Tam tərkibin 276 millət vəkilinin ‘bəli’ deməsi halında üzvlük ləğv edilir. Ümumi Kurulda bu qərar alınmazsa, CHP məclis işlərinə qatılmasa belə vəkillikləri davam etmiş olur. Amma TBMM Ümumi Kurulunda CHP-li vəkillərin vəkilliklərinin ləğv edilməsii qəbul olunarsa, Konstitusiyanın müddəaları dövrəyə girir. Konstitusiyanın 78-ci maddəsinə görə Məclisdə boşalan üzvlük sayı 550 millət vəkilinin 5%-nə çatsa, 3 ay içində seçkiyə gedilməsi məcburi olur.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button