2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

CHP-nin yürüşü vә Әrdoğanın münasibəti

CHP-nin İstanbul millәt vәkili Enis Bәrbәroğlunun “MİT Tırları işi” üzrә davam edәn istintaqda siyasi vә hәrbi casusluq itiihamı ilә öncә ömürlük, sonra isә 25 il hәbs cәzası almasından sonra CHP sosial şәbәkәlәr üzәrindәn Ankaradan İstambula doğru piyada “әdalәt yürüşü” edәcәklәrini bәyan etmişdi. Bu qәrar Türkiyә Böyük Millәt Mәclisindә müzakirә mövzusuna çevrildi. Tribunaya çıxan CHP sәdrinin müavini Özger Özel bu hәbs qәrarını “faşizmin rәsmilәşmsi” adlandırıb. Özelin “bu mәhkәmә qәrarı saray rejiminә “yox” deyәn milyonlara qarşıdır, bu işin prokuroru da, hakimi dә, sifarişçisi dә eyni adamdır” sözlәrinin sonra CHP millәt vәkillәri qrup şәklindә mәclisi tәrk emişdi. 4-cü gün Ankarada Güvәnparkdan İstambula qәdәr başlayan “әdalәt” yürüşünün ilk günü Kılıçdaroğlu 20 kilometrlik mәsafә qәt etsә dә, sonradan hәkimlәrin mәslәhәti ilә gündәlik gedilәcәk yol 16 kilometrә salınıb. Yürüş zamanı müsahibә verәn 69 yaşlı Kılıçdaroğlu heç bir problem olmadığını vә özünü yaxşı hiss etdiyini bildirib.

Yürüşün üçüncü günü Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan mediya nümayәndәlәri ilә iftar yemәyindә etdiyi çıxışda CHP-nin “әdalәt” yürüşünә vә hәbs edilәn köhnә jurnalist, millәt vәkili Enis Bәrbәroğlunun hәbsinә münasibәt bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Xәbәr arxasınca qaçamqla xәyanәtә vasitәçi olmaq tamam fәrqli mәsәlәlәrdir. Qәzetinin sәhifәlәrini, manşetini, qәlәmini terror tәşkilatlarına verәnlәrlә әlinә silah alıb dağa çıxanlar arasında heç bir fәrq yoxdur.
Bu gün ortalığı ayağa qaldıranlar FETÖ ilә әlaqәdә günahlandırılmalıdır. Terror tәşkilatları әlaqәdә olub hüququ tapdalamanın, milli tәhlükәsizliyi tәhlükәyә atan davranışlara әl atmanın әlbәttә bir cәzası olacaq Sizin 15 iyuldakılarla nә fәrqiniz var? Onların әlindә F-16-lar, tanklar, toplar, silahlar var idi, sizlәr dә yollarda yürüş edirsiniz, axşam da karavanlarda dincәlirsiniz. Yürüş etmәklә yollar aşmaq olmaz. Varsa bir haqsızlıq, müraciәt edәcәyiniz yer mәlumdur. Siyasәtә bunu ifadә edәcәk adamın yeri yol kәnarları deyil, mәclis tribunasıdır. Sizlәr durub TEM-i, E-5-i işğal edәcәyik desәniz, o zaman vәziyyәt eyni ilә 15 iyuldakı kimi olar. Tәbii ki, ina da imkan vermәk kimi bir
fikrimiz yoxdur. Qanuni yolla gedәn yürüşünüz bu günki hökumәtin sizә bir incәliyidir. Hәtta lütfüdir.”

Bu gün yürüşün 4-cü günündә bir partiya üzvünün vәziyyәti pislәşib vә dәrhal xәstәxanaya aparılıb. Әvvәlcә ölüm xәbәri yayılsa da, hazırda vәziyyәtinin kritik olduğu açıqlanıb.
Tәxminәn 25 gün davam edәcәk yürüşdә 432 kilometrlik mәsafә qәr edilәcәk.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button