2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cihadçılar evlilik saytından istifadə edir

Yeni Zelandiyadan Mark Teylor adlı şəxsin özünü evlilik üçün yaxşı namizəd adlandırması şübhələrə səbəb olub. Belə ki, islamicmarriage.com (islamevliliyi) saytında özünü təqdim edən bu şəxs mart ayının 30-da ABŞ tərəfindən qlobal terrorçular siyahısına salınıb.
43 yaşlı Markın hazırda yaşadığı yer- İŞİD-in xilafətinin paytaxtı elan etdiyi Rəqqa şəhərində yaşaması da diqqətdən yayınmır.

O, Avropa və ABŞ-da cihadçıları dəstəkləyənlərdən biridir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu evlilik saytından hazırda terrorçuların sıralarına insanları cəlb etmək üçün istifadə edildiyindən şübhələnilir.
Vaşinqtonda yerləşən Yaxın Şərq Media Araşdırmaları İnstitutu islamicmarriage.com saytından cihadçılar və onların tərəfdarlarının istifadə etdiyini bildirir.

Cihadçıların onlayn fəaliyyətlərini yaxından izləyən bu institut islamicmarriage.com saytını cihadçıların fəaliyyəti üçün əlverişli platforma adlandırır.

İslamicmarriage.com saytında özünü Əbucondaniyel adlandıran Teylor xilafətə 10 ay əvvəl gəldiyini, İslamı isə 13 il əvvəl qəbul etdiyini yazır.

“Mənə inşallah buraya Hijrah (mühacirət) və dinə düzgün şəkildə itaət edən qadın lazımdır” , Mark bildirir.

Sosial media İslam Dövlətinin mesajlarını yaymaq və sıralarına insanları cəlb etmək üçün platformaya çevrilib.

Twitter 2015-ci ildə İŞİD-lə əlaqəsi plan 125 hesabın bağlandığını bəyan edib.

Facebook “terror aksiyası“ kimi yazıları qadağan edib.

ABŞ Dövlət Departamenti və müxtəlif qeyri-hökümət təşkilatları sosial mediada İŞİD-ın və zorakılıqların təbliğatının qarşısını almağa çağırıb.

Amma bir sıra təhliliçi Amerikanın Səsinə bildirib ki, onların səylərinin məhdud nəticələri olub, İŞİD isə sosial media strategiyalarını daha da inkişaf etdirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button