2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cılız motivli repressiya

Natiq Güləhmədoğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bizim ən böyük səhv yanaşmalarımızdan biri hazırkı Azərbaycan hakimiyyətinin apardığı müstəbid siyasəti, günahsız insanları şərləməsini, həbsə atmasını, ölüdürməsini və s. 1937-ci il repressiyaları ilə eyniləşdirməyimizdi. Stalin repressiyaları indikindən əlbəttə daha qanlı qadalıydı. Fəqət o repressiyalarının nə qədər qəribə görünsə də bir mənası, daha uca hədəfi vardı, başa düşülən idi. Kobud ifadə eləsək, yeni sovet quruluşu Kommunizmi hədəfləmişdi. Bu hədəfə çatma cəmiyyətdə məhsullar bolluğu, qardaşlıq və s maddi mənəvi dəyərlərin hökmran olmasın vəd edirdi. Başda Stalin olmaqla, əksər Sovet nomenklaturasının (xırda istisnaları çıxmaqla) repressiyalarında əsas motivin tamah, görməmişlik, şəxsi lüks həyat alüdəçiliyi təşkil etməyib. Bəs indi? Bunun üçün biz aşağıdakı sualları özümüz üçün aydınlaşdırmalıyıq. – İlham Əliyevin repressiyalarının ana hədəfi nədi? Əliyev bizi hara aparmaq istəyir? Onun “kommunizmi” nə cürədir? Mən belə başa düşürəm ki, o elə hədəflədiyi “kommunizm”ni qurub. Lakin, bu yapsayağı kommunizmdir. Dar bir dairə üçün hər şey, geniş kütlələr üçün köləlik və məşəqqət! İndi ona mane olan “keçmişin qalığı kimi” fəaliyyət göstərən tənqidçilərdi. Əliyev istəyir ki, onun və əyyan əşrəfinin maddi sərvətlər, tam məsuliyyətdən kənar ömür sürdüyü bu günlərdə insanlar qulları-başları kəsilsə də “uf” belə deməsinlər, çünki onların ovqatı təlx ola bilər. Kimsə o qatığa qaradır deyəndə, “boza oxşayır” iradını belə bildirmək cürətində olmasın. Beləliklə biz görürük, bütün neqativ, dözülməz cəhətlərinə rəğmən Sovet repressiyası şəxsi və cılız məişət maraqlarından xeyli uzaq idi. Yaxud, rəhbərliyin eqoist, dar düşüncəyə söykənən maraqlarını böyük ideyalarla yaxşı çulğalaşdıra, maskirovka edə bilmişdisə, bizimkilər ideya və qlobal mütərəqqi səciyyə daşıyan hər hansı cəhəddən məhrumdular. Hər nə qədər uca amalları məqsəd seçsələr də, nə Stalin repressiyaları, nə 16-17 ildən sonra o repressiyalara görə sistemin “tövbə” etməsi belə Sovet sistemin ayaqda saxlaya bilmədi. Yıxıldılar. Bunlar yıxılmayacaq. Fundamenti, bel sütunu olmayan şey yıxılmır, kül kimi sovrulub gedir. Gedəcəklər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button