2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çılpaq yatmağın müalicəvi faydaları varmış…

“The Telegraph” qəzeti gecələr çılpaq yatmağın faydalarından yazır.

Məqalədə deyilir ki, ABŞ-dakı Stanford Universiteti Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutu tərəfindən 2015-ci ildə aparılmış elmi araşdırma, kişilərin alt paltarında yatmasının sperm istehsalına mənfi təsirini göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmanın nəticələrinə görə kip gecə paltarları xayaların temperaturunu artırır ki, bu da kişilərdə spermlərin keyfiyyətinə mənfi təsir göstərir. Bunun əksinə daha boş və rahat gecə paltarları sperm keyfiyyətini 25 faiz artırır.

Lakin bu gecələr çılpaq yatmağın yeganə faydası deyil:

  • Daha yaxşı yuxu

Əksər yuxu ekspertləri deyirlər ki, gecələr yataqda “anadan gəldiyiniz qiyafədə” olmaq bədəninizə öz temperaturunu daha yaxşı tənzimləmək imkanı verir. Bu isə öz növbəsində daha yaxşı və daha dərin yuxuya kömək edir.

  • Artıq çəkidən xilas olmaq

“Tam ciddi, sözdür” – yazır qəzet. İsti paltarda yatmaq “insan böyüməsi hormonlarının” buxarlanmasına imkan yaratmır. Əvəzində bədənin kortizol hormonu yüksək olaraq qalır, bu isə gecə saatlarında insulinin miqdarını artırır.

Kip alt paltrarında bədən “rahatlıq” yox, “gərginlik” vəziyyətində olur. Warwick Universitetinin araşdırmalarına görə diabet xəstəliyinin səbəblərindən biri də kifayət qədər yatmamaqdır.

  • Daha gənc görünəcəksiniz…

Çılpaq yatmaqla ən azı yaşınıza görə cavan görünəcəksiniz. Çünki bədəndəki piyləri əritməli olan hormonlar həm də cavanlaşdırcı effektə malikdir. Hüceyrələrin təzələnməsi insanın üzünə gümrahlıq gətirir, qırışların sayını azaldır.

  • Daha xoşbəxt məhəbbət

Qəzet yazır ki, bu məsləhət daha çox gecələr tək yatmayanlara aiddir. Təcrübələr göstərib ki, çılpaq yatmaq partnyorlar arasında daha mehriban münasibətlərin yaranmasına kömək edir.

1000 nəfər arasında aparılmış sorğu göstərib ki, çılpaq yatan cütlərin 57 faizi özlərini sevgi mənasında daha xoşbəxt hiss ediblər.

Alimlər inanırlar ki, bədənlərin bilavasitə təması “yaxşı əhval hormonu” olan oksitosinin daha çox buraxılmasına imkan yaradır. Bunu demək artıqdır ki, çılpaq yatanlar arasında seks əhvalatı daha çox baş verir.

  • Göbələk xəstəliklərindən qorunma

Pijamalar və başqa gecə paltarları bədənin tərləməsinə yol açır ki, bu da müxtəlif göbələk xəstəlikləri üçün münbit zəmin yaradır.

Doktor Sarah Brewer deyir ki, müxtəlif dəri xəstəlikləri yüksək temperaturlarda daha tez inkişaf edir. Buna görə də həm yataq otağınızı, həm də özünüzü mümkün qədər sərin saxlamalısızınız.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button