Bizim tərcüməDünya

Cim Kerriyə sanksiya qərarı! Onun Rusiyaya girişi də qadağan edilib

Rusiya Xarici İşlər Nazirliyi kinoaktyor Cim Kerri də daxil olmaqla 100 Kanada vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib. Nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiyanın idarəetmə, biznes, ətraf mühit və mədəniyyət nümayəndələrinə, siyasətçilərə, deputatlara və ekspertlərə qarşı sanksiyalarını davam etdirdiyi bildirilib.

Buna cavab olaraq 100 kanadalı sanksiya siyahısına salınaraq Rusiyaya girişi qadağan edilib və sözügedən adların siyahısı dərc edilib.

Siyahıya Kanadanın yüksək vəzifəli şəxsləri ilə yanaşı, iş adamları, fəallar, mətbuat və maliyyə qurumlarının nümayəndələri də daxil edilib.

Sanksiya siyahısında məşhur kinoaktyor Cim Kerri də var.

Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də 200 ABŞ vətəndaşının da sanksiya siyahısına salındığını və ölkəyə girişinin qadağan edildiyini bildirib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Meksikada bazarda partlayış! 29 nəfər yaralanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button