Bizim tərcüməDünya

Çinə aid sayılır! Filippindən tapılıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

AA-nın xəbərinə görə, Çinə aid olduğu düşünülən və daha əvvəl atmosferə girdiyi təsbit edilən raketin qalıqları Filippin sahillərində tapılıb. Filippin Kosmik Agentliyindən verilən açıqlamada tapılan dağıntıların böyük ehtimalla oktyabrın 31-də Çindən atılan Long March 5B raketinin hissələri olduğu qeyd edilib. Çinin nəzarətsiz şəkildə Yerə doğru düşən və dünya miqyasında çaxnaşmaya səbəb olan Long March 5B raketi 31 oktyabrda buraxıldı və Çinin inşa etdiyi kosmik stansiyanın son hissəsi olan Menqtian laboratoriya modulunu kosmosa daşıdı. Başqa sözlə, Çinin dünyanı çaxnaşmaya salan raketinin qalıqları Filippin yaxınlığında tapılmış ola bilər.

Eyni xəbərə görə, agentlik daha əvvəl ictimaiyyətə raket parçalarının ölkənin qərbindəki Palavan bölgəsinə düşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Mütəxəssislər bütün fotoşəkilləri, o cümlədən Çin bayrağının bir hissəsi olduğu düşünülən ikonaları araşdırdıqlarını açıqladılar.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Filippin rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) iki razılaşması çərçivəsində kosmosa raket buraxılması cəhdləri nəticəsində dəyən zərər və ya xəsarətlər üçün təzminat tələb etməyə çalışdıqlarını açıqladılar.

Əvvəlki sınaqlarda Çinin Long March 5B raketlərinin nəzarətsiz şəkildə yer üzünə qaytarılması narahatlıq doğurmuşdu.

2020-ci ilin may ayında pilotsuz sınaq uçuşu üçün orbitə buraxılan Shincou kosmik gəmisini daşıyan Long March 5B raketi Qərbi Afrika sahillərinə çırpıldı və Fil Dişi Sahilinin müxtəlif yerlərində dağıntı parçaları tapıldı.

2021-ci ilin aprelində kosmik stansiyanın əsas modulu Tienhi-ni daşıyan Long March 5B də Hind okeanında Maldiv adaları yaxınlığındakı bir ərazidə qəzaya uğradı.

Ən son olaraq, 2022-ci ilin iyulunda stansiyaya göndərilən Vintien adlı ilk laboratoriya modulunu daşıyan Long March 5B yenidən Hind okeanına düşdü və onun hissələri Malayziyaya qədər yayıldı.

Noyabrın 4-də ABŞ Kosmos Komandanlığı öz Twitter hesabında bir yazıda Çinə məxsus raketin Sakit Okeanın orta-cənub ərazisinə enməsinin gözlənildiyini bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button