2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çin “ABŞ casuslarını öldürüb” – yeni iddialar

2010 və 2012-ci illər arasında Çin hökuməti iyirmiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərini ya öldürüb, ya da həbs edib, New York Times qəzetinin xəbərinə görə, bu, indiyədək ölkədə informasiya toplanmasına dəyən ən böyük ziyandır.
MKİ-nin haker hücumuna məruz qalması və ya köstəbəyin agentləri Çinə aşkarlamaqda kömək etməsi bəlli deyil, məmurlar qəzetə bildirib.
Onların sözlərinə görə, casuslar başqalarına xəbərdarlıq kimi hökumət binasının həyətində güllələnib.
MKİ bu informasiyanı şərh etməyib.
Dörd sabiq MKİ rəsmisi qəzetə bildirib ki, 2010-cu ildən Çinin dərin hökuməti bilgiləri tükənməyə başlayıb. İnformatorlar isə 2011-ci ilin əvvəllərində yoxa çıxmağa başlayıb.
Bir mənbə bildirib ki, MKİ və FTB bu hadisəni Honey Badger adı altında araşdırıb.
Nəticədə, bir sabiq MKİ əməliyyatçısı şübhəli bilinsə də, yetərli sübut olmadığından o həbs edilməyib. Hazırda o, bir Asiya ölkəsində yaşayır.
2012-ci ildə ABŞ-a casusluq iddiası ilə bir çinli məmur həbs edilib. Həmin vaxt media hər hansı başqa bir həbs və ya ölüm barədə məlumat verməyib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button