2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Çin Azərbaycana ən çox mal gətirən üç ölkədən biridir

Yaxın qonşularımızdan ikisi ilə icarət əlaqələrimiz zəifdir

Bizimyol.info xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ölkədə ticarət dövriyyəsi 11 330 269.07 min dollar təşkil edib. Bunun 5 790 280.97 min dolları ixrac, 5 539 988.10 min dollar isə idxala aiddir.
Ticarət dövriyyəmiz ən çox Türkiyə, İtaliya, Rusiya ilədir
Ticarət dövriyyəsində ilk yeri Türkiyə dövləti tutur. 8 ayda bu ölkə ilə idxal-ixrac əməliyyatlarının həcmi 1 459 022.29 min dollar olub ki, bu da ümumi dövriyyənin 12.88 faizini təşkil edir. İtaliya ticarət əlaqələrimizin yaxşı olduğu ikinci ölkədir. Söhbəti gedən dövrdə ticarətin həcmi 1 278 072.22 min dollar təşkil edib. Bu da 11.28 faiz deməkdir. Rusiya iqtisadiyyatımızda böyük rolu olan üçüncü dövlətdir. Bu ölkə ilə ticarət dövriyyəsi 1 196 710.57 min dollar, yəni 10.56 faiz olub. Almaniya da ən çox ticarət apardığımız dövlətdir. Ilin əvvəlindən bəri Almaniya ilə ticarət dövriyyəsi 671 353.03 min dollar, başqa sözlə, ümumi dövriyyənin 5.93 faizini təşkil edib. Beşinci yerdə 539 556.53 min dollar və ya 4.76 faizlə dünya iqtisadiyyatında şübhəli məhsulları ilə, bununla belə önəmli mövqe tutan Çin gəlir. Tayvanla ticarət dövriyyəsinin həcmi 476 628.68 min dollar və ya 4.21 faiz, Fransa ilə 438 862.08 min dollar və ya 3.87 faiz, Böyük Britaniya ilə 418 055.62 min dollar və ya 3.69 faiz, Amerika Birləşmiş Ştatları ilə 391 598.23 min dollar və ya 3.46 faiz, İsrail dövləti ilə 355 100.82 min dollar və ya 3.13 faiz, Hindistanla 268 396.97 min dollar və ya 2.37 faiz, Çex Respublikası ilə 256 402.96 min dollar və ya 2.26 faiz, Yaponiya ilə 227 344.60 min dollar və ya 2.01 faiz, qonşu Gürcüstanla 215 548.22 min dollar və ya 1.90 faiz, Ukrayna ilə 196 906.96 min dollar və ya 1.74 faiz təşkil edib. Ticarət dövriyyəsinin 2 940 709.30 min dollar və ya 25.95 faizi də digər ölkələrin hesabınadır.
Qonşularla qonşuluq etmirik
 
Idxalda iki yaxın qonşumuz – Rusiya 967 777.93 min dollar (17.47 faiz) və Türkiyə 732 358.74 min dollarla (13.22 faiz) ilk yerləri paylaşır. Üçüncü yerdə 423 971.84 min dollarla (7.65 faiz) Çin qərarlaşıb ki, bu da təəccüblü deyil. Bazarda yetərli qədər Çin malı var. Böyük Britaniyadan 363 154.24 min dollar (6.56 faiz), Amerika Birləşmiş Ştatlarından 314 302.75 min dollar (5.67 faiz), Almaniyadan 250 278.60 min dollar (4.52 faiz), İtaliyadan 235 430.75 min dollar (4.25 faiz), Yaponiyadan da 226 234.12 min dollarlıq (4.08 faiz) mal idxal edilib. Sonrakı yerlərdə 185 731.64 min dollarla (3.35 faiz) Sinqapur, 173 032.53 min dollarla (3.12 faiz) Ukrayna, 140 864.59 min dollarla (2.54 faiz) Norveç, 121 800.99 min dollarla (2.20 faiz) Braziliya, 94 065.62 min dollarla (1.70 faiz) Fransa, 91 424.74 min dollarla (1.65 faiz) İran İslam Respublikası, ən sonda da 75 138.80 min dollarla (1.36 faiz) Qazaxıstan gəlir. 1 144 420.22 min dollar (20.66 faiz) da digər ölkələrin payına düşür. Ən yaxın qonşularımızla ticarət əlaqələrimiz o qədər də güclü deyil. Rusiya və Türkiyə istisna olmaqla digər qonşularımız Gürcüstan və İranla idxal-ixrac əməliyyatları yüksək faiz təşkil etmir. Ümumi ticarət dövriyyəsində Gürcüstan 14-cü yerdədirsə, İran digər ölkələrin arasında gedir. Idxalda Gürcüstan yüksək mövqe tutmur, İran isə onun ümumi ticarət dövriyyəsindəki yerinə keçir.
Bu ölkənin adı ixracda keçmir
 
İxracda Gürcüstan 9-cu yerdədir, qonşumuz İranın adı isə ümumiyyətlə keçmir, bu sahədə ticarət səviyyəsi çox aşağı olduğundan “digər ölkələr”-in siyahısındadır. Ixracda mənzərə bir qədər fərqlidir. İtaliya digər ölkələri üstələyir – 1 042 641.47 min dollar və ya 18.01 faiz. Türkiyəyə də 726 663.55 min dollarlıq (12.55 faiz) məhsul ixrac olunub. Tayvan 467 182.08 min dollarla (8.07 faiz) üçüncüdür. Almaniya (421 074.43 min dollar və ya 7.27 faiz), İsrail (345 845.15 min dollar və ya 5.97 faiz), Fransa (344 796.46 min dollar və ya 5.95 faiz), Hindistan (234 529.58 min dollar və ya  4.05 faiz), Rusiya (228 932.64 min dollar və ya 3.95 faiz), Gürcüstan (197 250.81 min dollar və ya 3.41 faiz), Çexiya (183 989.73 min dollar və ya 3.18 faiz), Portuqaliya (175 419.18 min dollar və ya 3.03 faiz), Xorvatiya (141 312.83 min dollar və ya 2.44 faiz), Tunis (126 344.81 min dollar və ya 2.18 faiz), Çin (115 584.69 min dollar və ya 2 faiz), Tailand (101 103.51 min dollar və ya 1.75 faiz) ən çox məhsul ixrac edilən ölkələrdir. 937 610.05 min dollarlıq (16.19 faiz) məhsul isə digər ölkələrə ixrac edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button