2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Çin Mərkəzi Asiyanı ‘yavaş-yavaş’ Rusiyanın əlindən alır?


AzadlıqRadiosunun müxbiri Reid Standish yazır ki, Çin davamlı şəkildə Mərkəzi Asiyadakı mövcudiyyətini möhkəmləndirir və yeni hesabatda deyildiyi kimi “qarşıdan gələn onillikdə” Rusiyanın bu bölgədəki nüfuzunu sarsıda bilər.

Pekin son illərdə keçmiş sovet Orta Asiyasının respublikalarında silah satışını, təlim proqramlarını genişləndirir və Wilson Mərkəzinin Kennan İnstitutunun yeni hesabatının təbirincə deyilərsə, özünə yeni forpostlar yaradır.

Mayın 27-də açıqlanmış hesabatda deyilir ki, Sovet İttifaqının çöküşündən sonra da Rusiya bu bölgədəki nüfuzunu qoruyub saxlaya bilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, Rusiya bu regionda Çinin nüfuzunun artmasından hələki açıq narahatlıq ifadə etmir.

Belə bir təsəvvür yaranır ki, Moskva Pekinin Mərkəzi Asiyadakı iqtisadi hegemonluğunu bir növ qəbul edib.

Moskva və Pekin Mərkəzi Asiyanı belə bölüblər

Bəzi politoloqların fikrincə, Moskva və Pekin bu ərazini özünəməxsus şəkildə bölüblər.

Beləki Çin Mərkəzi Asiyanın iqtisadi inkişafını təmin edirsə də, regionun siyasi oriyentasiyası Moskvadan yönləndirilir.

Bununla belə, hesabat müəlliflərinin fikrincə, Çin Mərkəzi Asiyanın təhlükəsizlik sektoruna da əhəmiyyətli şəkildə sirayət edə bilib.

Bu, Moskva və Pekin arasında sözü gedən iqtisadi və siyasi bölgünü bir qədər pozmuş olur.

Wilson Mərkəzi Kissinger İnstitutunun eksperti və hesabatın aparıcı müəlliflərindən biri, Bradley Jardine AzadlıqRadiosuna deyib:

“Biz elə hey deyirik ki, Mərkəzi Asiyada Rusiya və Çin arasında dəqiq təhlükəsizlik və iqtisadiyyat bölgüsü var. Amma bu bölgü getdikcə aşılanır. Çin artıq bu regionda real qüdrətə malikdir”.

Bu aşılanmanı nümayiş etdirən faktlardan biri də budur ki, Çinin Mərkəzi Asiya ölkələrinə silah satışı son beş ildə bölgə üzrə 18 faizə çatıb. Halbuki bu rəqəm cəmi on il əvvəl, 2010-cu ildə 1.5 faiz idi.

Çin Mərkəzi Asiya ölkələrinə silah və nəqliyyat vasitələrindən tutmuş müasir dronlaradək ən müxtəlf hərbi texnika satır. Əvvəllər bu bazar ənənəvi olaraq Birləşmiş Ştatlar və İsrailə aid idi.

 

“Məxfi razılaşma”

Çin regionda artıq özünün ilk hərbi qurğularını tikib. Pekin 476 kilometrlik sərhədə malik olduğu Tacikistanın təhlükəsizlik proqramında fəal iştirak edir.

The Washington Post qəzeti 2019-cu ildə xəbər verirdi ki, Tacikistanda Çinin kiçik hərbi şəhərcikləri qurulub.

Bu şəhərciklərdə Çin hərbi heyəti də xidmət edir.

Wall Street Journal qəzeti ötən il iddia edirdi ki, Çin və Tacikistan arasında “məxfi razılaşma” mövcuddur.

Bu razılaşmaya əsasən Pekinə Əfqanıstanla sərhədin Tacikistan tərəfində 30-40 zastavanı yenidən qurmaq icazəsi verilib.

Bu da qeyd olunur ki, Pekin Mərkəzi Asiyada özünün investisiya qüdrətini də artırmaqdadır.

 

Əsl rəqabət hələ qabaqdadır

Burası da var ki, Mərkəzi Asiya ölkələri silahların 60 faizini hələ də Rusiyadan alırlar və bu mənada Moskva elə də böyük itkiyə məruz qalmayıb. Amma bu nisbət də yaxın illərdə Çinin nəfinə dəyişə bilər.

Jardine bildirir ki, bu bölgədə Çin və Rusiya arasında əsl rəqabət hələ irəlidədir.

Ekspertin fikrincə, belə davam edərsə, Pekin Moskvanı silah bazarında da sıxışdırmış olacaq və iki ölkə arasında gərginlik də o vaxt ortaya çıxacaq.

Amma indilik Rusiya bu bölgə üçün ən böyük xarici hərbi qüvvə və silah təchizatçısıdır.

Moskva bütün Mərkəzi Asiya boyunca hərbi bazalara malikdir. Təkcə Tacikistanda və Qırğızıstandakı hərbi hava bazasında 7 minədək Rusiya əsgəri yerləşdirilib.

Bunu da unutmaq olmaz ki, Qırğızıstan, Qazaxıstan və Tacikistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdürlər.

 

Ümumi düşmən

Bundan başqa son illərdə Moskva və Pekinin bir çox beynəlxalq məsələlərdə mövqeləri yaxınlaşıb. Bu həm də Əfqanıstandan qaynaqlanan terror və ekstremizmin qarşısının alınması məsələsidir. Burada Pekinlə Moskvanın narahatlığı üst-üstə düşür.

Bundan başqa Pekin Mərkəzi Asiyaya özü ilə muxtar Sintzyan regionu arasında bufer kimi baxır. Pekin bu bölgədə 1 milyonadək uyğuru, habelə qazax və qırğızı qapalı düşərgələrdə saxlayır.

Pekin və Moskvanı yaxınlaşdıran ən mühüm məqam onların Vaşinqtona qarşı olmasıdır.

Onların hər ikisi son illərdə ABŞ-ın bu bölgədəki mövqelərini zəiflədə biliblər. Moskva 2014-cü ildə Qırğızıstandakı ABŞ bazasının bağlanmasına nail olub. İndi isə Birləşmiş Ştatlar Əfqanıstandakı mövcudiyyətini də azaltmaq siyasəti yürüdür.

Bu da unudulmamalıdır ki, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridirlər.

Bəzi məlumatlara görə, Mərkəzi Asiya ölkələrinin hərbçiləri Çinin ali hərbi məktəblərində təhsil alırlar. Hərçənd onların dəqiq sayı məlum deyil.

 

“Zəifləyən qüvvənin qısqanclığı”

2017-ci ildə Moskva Hindistan və Pakistanı da Şanxay qrupuna cəlb etməyə çalışırdı. Bir çox ekspertlər bunu Çinin təşkilatdakı aparıcı rolunun nəzarətdə saxlanması üçün edildiyini düşünürdülər.

Bunun ardınca Çin başqa gediş edib və özünün hərbi diplomatiyasını Rusiyanın iştirakı olmayan yeni bir təşkilatın – Dördtərəfli Əməkdaşlıq və Koordinasiya Mexanizminin müstəvisinə keçirib.

Bu təşkilata Çindən başqa Əfqanıstan, Pakistan və Tacikistan daxildirlər.

Digər tərəfdən Çin Xalq Silahlı Polis Qüvvəsi və Çin Xalq Azadlıq Ordusu da Qırğızıstan, Özbəkistan və Tacikistan qvardiyalarına təlim keçir. Bu ölkələr Çinin 2019-cu ildə Rusiyasız keçirdiyi manevrlərdə iştirak ediblər.

Ekspetlər bildirirlər ki, Rusiya Rosqvardiyasının Özbəkistanla əməkdaşlığa başlaması bir az da bu qısqanclıqdan irəli gəlib.

Jardine bildirir ki, bütün hallarda Çinin hakimiyyət dairələrində Rusiyaya “tənəzzül edən qüvvə” kimi baxılır və Pekin də məhz bu perspektivə hazırlaşır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button