2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Çin Tayvan ətrafında hərbi təlimləri genişləndirir

Tayvan ordusu Çinin təlimlərinə cavab olaraq cənubi Pinqtunq dairəsində döyüş atışlı artilleriya təlimləri keçirəcək

Saytların yığılması Saytlarin yigilmasi

Çin avqustun 8-də Tayvan ətrafında hərbi təlimləri genişləndirdiyini bildirir. Gəmi və hava nəqliyyatını pozan bu təlimlər qlobal ticarətdə önəmli yeri olan regionda münaqişə ehtimalı sarıdan narahatlığı artırıb.

Çinin dövlət televiziyası təlimlərin “anti-qayıq və dəniz hücumu əməliyyatları”na fokuslandığını xəbər verib.

Bu təlimlər ötən həftə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab tədbiri hesab olunur. Pekin bu səfəri provokasiya adlandırıb.

Çin gərginliyi azaltmaqla bağlı çağırışlara əhəmiyyət verməyib. Blokada səviyyəsində olan təlimlərin nə vaxt başa çatacağı bəlli deyil.

Tayvan da təlim keçirəcək

Tayvanın müdafiə nazirliyi avqustun 7-də bildirib ki, dəniz və hava təlimlərinə 66 təyyarə, 14 hərbi gəminin qoşulduğunu aşkarlayıb. Ada ordusunu hazır vəziyyətə gətirib, Çinin təyyarə, gəmi və dronlarını monitorinq etmək üçün gəmi, təyyarə və digər qüvvələrini yerləşdirib.

Tayvanın rəsmi Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Tayvan ordusu Çinin təlimlərinə cavab olaraq cənubi Pinqtunq dairəsində döyüş atışlı artilleriya təlimləri keçirəcək.

Tayvanı öz vilayəti hesab edən Çin gərəkərsə onu ilhaq edə biləcəyini deyir. Pekin ABŞ rəsmilərinin Tayvanla rəsmi kontaktını adanın onillərlə davam etmiş de fakto müstəqilliyini daimiləşdirməyə ürəkləndirmək cəhdi kimi görür. ABŞ isə iddianı rədd edir.

24 saat” “
Çin Tayvan ətrafında hərbi təlimləri genişləndirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button