2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Çin və Rusiya ilə rəqabət ABŞ-ın müdafiə strategiyasının əsasında durur

ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Çinə və Rusiyaya qarşı öz hərbi üstünlüyünü itirdiyini və bunun Amerika hərbi qüvvələri üçün əsas sınaq olduğunu deyib.

“ABŞ-ın milli təhlükəsizliyinin diqqət mərkəzində terrorizm deyil, böyük güclərin rəqabəti durur”, Mattis bildirib. ABŞ müdafiə naziri bunları Tramp admnistrasiyasının milli müdafiə staregiyasının qeyri-məxfi hissələrini Vaşinqtonda açıqlayan zaman bildirib.

O əlavə edib ki, əsas məqsəd Amerikanın rəqabət üstünlüyünün genişləndirilməsi və müharibəyə hazırlığının prioritetləşdirilməsi ilə yanaşı, daha çox ölümcül silahların hazırlanmasından ibarət idi.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizim hərbi qüvvələr hələ də güclü olaraq qalır, amma bizim rəqabət üstünlüyümüz hərbi əməliyyatların bütün sahələrində-havada, quruda, suda, fəzada və kiber məkanda-azalır və azalmağa davam edir. Tarix göstərir ki, Amerikanın döyüş meydanında əvvəlcədən müəyyən edilmiş zəfər hüququ yoxdur”, Mattis bildirib.

Pentaqon

Qeyri-məxfi sənəddə Çin Cənubi Çin dəniində süni adalar yaradıb, onları hərbiləşdirmək və eyni zamanda “qonşularını qorxutmaq üçün aqressiv iqtisadi siyasət yürütmək”də ittiham edilir.

Sənəddə həmçinin Rusiyanın qonşularının sərhədlərini pozduğu və “Avropa və Yaxın Şərqdə təhlükəsizlik və iqtisadi strukturları öz xeyrinə dəyişmək” məqsədilə Şimali Atlantik Əməkdaşlıq Alyansı- NATO-nun quruluşunu pozmaq istədiyi bildirilir.

Mattis eyni zamanda Şimali Koreya və İran kimi “yaramaz rejimlər”in “öz xalqlarını əzdikləri” halda, “regional və hətta qlobal sabitliyə təhlükə” yaratmağa davam etdiyini deyib.

ABŞ-ın əvvəlki iki administrasiyası dövrü əsas hərbi prioritetlərdən biri olan terrorizm İslam Dövləti qrupunun İraq və Suriyada xilafət adlandırdığı ərazilərdə süqutuna baxmayaraq, Birləşmiş Ştatlar üçün hələ də başlıca narahatlıq doğuran məsələlərdəndir. Milli Müdafiə Strategiyasında ABŞ-ın qlobal səviyyədə terrorçulara sığınacaq verilməsinə qarşı mübarizə aparması ilə yanaşı Amerika hərbi qüvvələrinin “müasir dövrə uyğun olaraq” modernizasiyası tövsiyə edilir.

Sənəddə modernizasiya səylərinin nüvə qüvvələri, raket müdafiə sistemi, fəza və kiber məkan kimi sahələrə yönəldilməli olduğu deyilir.

Mattis bildirib ki, ABŞ-ın Müdafiə nazirliyi təhlükəsizlik vəzifəsinin yükünü “bərabər daşıyan” müttəfiqlərlə işin davam etdirilməsi və qlobal səviyyədə yeni tərəfdaşlıq münasibətlərinin yaradılmasına diqqət yönəldəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button