Dünya

Çin virusla bağlı ilk məlumatları beynəlxalq ekspertlərə verməkdən imtina edib


Çin rəsmiləri ilk koronavirus hallarına dair fərdi məlumatları Dünya Səhiyyə Təşkilatına (DST) verməkdən imtina etdilər.

Bu barədə Wall Street Journal-ı pandemiyanın şərtlərini araşdıran DST mütəxəssislərinə istinadən məlumat yayıb.

Mütəxəssislər Çindən Vuhan şəhərində 174 hadisənin xammal məlumatlarını istəyib. Onların  fikirincə, həmin məlumatlar virusun ölkəyə nə vaxt və necə yayılmağa başladığı barədə nəticə çıxarmaqda kömək edə bilər.

Daha əvvəl jurnal DST-nin ilkin araşdırmalarının nəticələrinə istinadla  yeni növ koronavirus infeksiyasının  rəsmi təsdiqlənməsindən iki ay əvvəl başlaya biləcəyini yazmışdı.

Çin səlahiyyətliləri məlumatların istənilməsi və verilməkdən imtina ilə bağlı məlumatlara hələki münasibət bildirməyiblər. 

2019-cu ilin sonunda Çinin Vuhan şəhərində yeni bir koronavirus infeksiyası epidemiyası başlayıb.

Dünyanın bir çox ölkəsi və mütəxəssisləri Çin səlahiyyətlilərini xəstəliyin ilk mərhələdə yayılmasını sürətləndirməkdə, xəstələnmə və ölüm statistikasını az qiymətləndirməkdə günahlandır. Pekin isə bunu inkar edir.

Rəsmi versiyaya görə, xəstəliyin başlanğıcı Vuhan-da koronavirus daşıyıcısı olan yarasaların satıldığı yerli bazarda başlayıb. Ancaq xəstəliyin laborator mənşəyi ilə bağlı da ehtimallar var və hesab olunur ki, koronavirus Vuhandakı labaotoriyadan yayılıb. Beləki bu tip virusları öyrənən dünyanın ən böyük mərkəzlərindən biri məhz bu şəhərdədir. Çin səlahiyyətliləri bu versiyanın əsasız sayır.

Con Hopkins Universiteti-nin verdiyi məlumata görə, pandemiya dövründə dünyada COVID-19-a yoluxanlaın ümumi sayı 108 milyona çatdı, ölüm sayı isə iki 2 milyon 300 mini keçib. Bu məlumatlar müxtəlif ölkələrin milli statistikasına əsaslanır və real statistikadan əhəmiyyətli dərəcədə fərqlənə bilər.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button