2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Cinayət qanunvericiliyi dəyişdirilir

Ölkə parlamenti cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklər etməyə hazırlaşır. Prezident İlham Əliyev Milli Məclisə bununla bağlı təkliflər paketi göndərib.

Paketdə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən artıq dəyişiklik təklif olunur. Təkliflər qəbul olunsa, Cinayət Prosessual Məcəlləsinin 25-dən çox maddəsi dəyişdiriləcək.

Prezident nələri təklif edir?

Köhnə-yeni cəza növü

Təkliflər qəbul edilsə, Cinayət Məcəlləsinə yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzası daxil ediləcək. Bu, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və alternativ cəzaların daxil edilməsi məqsədi ilə izah edilir. Azadlığın məhdudlaşdırılması məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında tutulmasını nəzərdə tutur.

Komitə sədri nə demişdi…

Bu cəza növü 2011-ci ilədək Azərbaycanda tətbiq edilirdi. Ölkə parlamenti 6 il əvvəl azadlığın məhdudlaşdırılması cəzasını ləğv edib. Parlamentin azadlığın məhdudlaşdırılması cəzasını ləğv edən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdi:

“Azadlığın məhdudlaşdırılması“ cəza növü olaraq bu gün özünü doğrultmur. Bu cəza növü ilə məhkum olunan insanlar üzərində nəzarəti təmin etmək mümkün deyil. Məhkumun islah olunmasında effekt verməyən cəzadan imtina edilməlidir”.

Dəyişiklik təklifi paketində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq ediləcəyi cəzalar də müəyyən edilib. Məsələn, indiyədək ananın yeni doğduğu uşağı qəsdən öldürməsinə görə, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. Təklif qəbul olunsa, bu cinayətlərə görə, həm də azadlığın məhdudlaşdırılması cəzası da tətbiq edilə biləcək.

“Şəxsi həyatın toxunulmazlığını pozma”, “Qanunsuz olaraq tutma, həbsdə saxlama” kimi cinayətləri törədənlər də azadlığın məhdudlaşdırılması ilə cəzalandırıla biləcəklər.

Ümumilikdə, Cinayət Məcəlləsinin 100-dən çox maddəsinə azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi daxil ediləcək.

70-dən artıq cinayətin sanksiya hissəsinə cərimə və digər cəzalar daxil edilir.

Elektron nəzarət vasitələri ilə izləmə

Təkliflər qəbul edilsə, elektron nəzarət vasitələri tətbiq edilməyə başlanacaq. Məqsəd böyük ictimai təhlükə törətməyən, az ağır cinayət törətmiş şəxsin ailə və cəmiyyətin təsirindən istifadə edərək islah olunmasına şərait yaratmaqdır.

Cinayət Məcəlləsinə əlavə edilən 156-1-ci maddədə qeyd edilir ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə onun dəyəri həmin şəxsdən tutulacaq. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs qadağalara əməl etməzsə, onu daha ciddi qətimkan tədbiri gözləyir.

Təkliflərdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə görə, cəzalar yüngülləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə 73-1 və 73-2-ci maddələr əlavə edilib.

Narkotika cinayətləri ilə bağlı

Paketdə narkotika cinayətləri ilə bağlı təkliflərdə Cinayət Məcəlləsinə 74-1 maddənin əlavə edilməsi təklif olunur. Həmin maddə “narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə” adlanır.

74.1-ci maddəyə görə, narkomaniya xəstəliyinə düçar olmuş şəxs tibbi xarakterli məcburi tədbirlər başa çatdıqda, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Bu maddə şəxsə bir dəfə tətbiq edilə bilər.

Ömürlük məhbuslar…

Təkliflərdə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı dəyişikliklər də nəzərdə tutulur.

Həmin təklifdə yazılır ki, ömürlük məhbus şərti olaraq vaxtından əvvəl azad edilərsə, son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır.

Təkliflər paketi bəzi cinayətlərin ləğvini də nəzərdə tutur. Məsələn, təkliflər qəbul edilsə, bundan sonra telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparmaq cinayət sayılmayacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button