2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Cinayətlərin 87.3 faizi açılıb (Rəsmi)

Yanvarın 24-də Azərbaycan Baş Prokurorluğunda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb.

İclasda Baş Prokuror Kamran Əliyev çıxış edib. O deyib ki, prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı, effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87.3 faizinin açılması təmin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

K.Əliyev habelə vurğulayıb ki, ötən il Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb və 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Onun deməsinə görə, bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub.

Baş prokuror həmçinin bildirib ki, ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat maddi ziyanın ödənilməsi təmin edilib.

2020-ci illə müqayisə

2020-ci ildə isə Baş Prokurorluq ölkədə qeydə alınan cinayətlərin sayını xeyli az 26 min 4 açıqlamışdı. Qurumdan bildirilmişdi ki, onların 84.3 faizinin açılması təmin olunub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button