Bizim tərcümə

Çində gündəlik koronavirusa yoluxmaların sayı rekord həddə çatıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-24 10:00:07

Dünən Çində gündəlik koronavirus hadisələrinin sayının rekord həddə çatdığı açıqlanıb. Ötən gün ölkədə 31 min 444 nəfərdə koronavirus aşkarlanıb. Bundan əvvəl ən çox gündəlik yoluxma 29 min 317 nəfərlə aprelin 13-də görülmüşdü.

Bildirilir ki, ölkədə yeni koronavirusa yoluxma hallarının əksəriyyətində heç bir əlamət yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Koronavirus ilk dəfə 3 il əvvəl Çində görüldü, lakin 1,4 milyard əhalisi olan ölkədə rəsmi məlumatlara görə, gündəlik yoluxmaların sayı heç vaxt 30 mini keçmədi.

Daha əvvəl ən çox gündəlik halların elan edildiyi aprel ayında, Çinin ən sıx məskunlaşdığı Şanxayda bağlanma tədbirləri həyata keçirildi.

SIFIR COVİD SİYASƏTİ

Çinin sərt “Sıfır Covid” siyasətinə uyğun olaraq, ölkədə yoluxma hallarının sayında ən kiçik artım özü ilə sərt məhdudiyyətlər və məcburi karantin tətbiqlərini gətirir.

Dünyanın ən böyük iPhone fabrikinin yerləşdiyi Zhengzhou şəhərində də məhdudiyyətlər artırılıb. Covid tədbirlərinə və maaşlarının aşağı olmasına reaksiya verən işçilər fabrikdə etiraz aksiyaları təşkil ediblər.

Nümayişlər zamanı işçilərlə polis arasında qarşıdurma yaranıb. Məlumata görə, fabrikin sahibi olan Foxconn şirkəti yeni işə götürülənlərə müəssisəni dərhal tərk etmələri müqabilində 1400 dollar ödəməyə razılaşıb.

Təxminən 12 milyon əhalisi olan Zhengzhou şəhərində yerli hökumət Covid testinin mənfi nəticəsi olmayan və səlahiyyətlilərdən icazə almayanların şəhər mərkəzini tərk etmələrini qadağan etdi.

Şəhər sakinlərinə də “zərurət olmadıqca” evlərini tərk etməmək tövsiyə olunub. Cümə günündən etibarən 5 gün ərzində tətbiq olunacaq məhdudiyyətlər 6 milyondan çox insanı əhatə edəcək.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button