Now Reading:
Çində hava çirkləndi: göz-gözü görmür

Çində hava çirklənməsi səbəbindən ən yüksək səviyyədə “narıncı həyəcan” siqnalı verilib.

Çin Meteorologiya Mərkəzi tərəfindan edilən xəbərdarlıqda görmə məsafəsinin 100 metr və daha aşağı düşəcəyi bildirilir. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin artırılması tələb olunur.

Mərkəz, əsasən, ölkənin şimal-şərq bölgələri üçün havanın kirlənməsi nəticəsində “narıncı həyəcan” siqnalı verildiyini bəyan edib. Bölgədə bu səhər başlayan hava çirklənməsi paytaxt Pekin və Tiencin şəhəri ilə yanaşı, Anhui, Hubey, Cianqsu və Şandonq əyalətlərində təsirli olacaq.

Qeyd edək ki, Çin, xüsusilə, 2014-cü ildən bu yana ətraf mühit və hava çirklənməsi ilə mübarizə aparır. 1,34 milyardlıq əhalisi ilə dünyanın ən izdihamlı ölkəsi olan Çində hər il təqribən 1,6 milyon nəfər insan hava çirklənməsinin səbəb olduğu ürək və ağciyər xəstəliklərindən həyatını itirir.(azvision.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.